Monteneqro Milli Birləşmə Komitəsi (serb.Црногорски одбор за народно уједињење / Crnogorski odbor za narodno ujedinjenje) — Serbiya və Monteneqronunbirləşməsini müdafiə edən Monteneqro siyasi təşkilatı. 1917-ci ildə Parisdə Monteneqronu işğal etmiş Avstriya-Macarıstan qüvvələrinin əlindən qaça bilmiş Monteneqro mühacirətinin nümayəndələri tərəfindən yaradılmışdır. Komitəyə keçmiş baş nazir Andriya Radoviç sədrlik edirdi.
Komitə Monteneqro diasporunun nümayəndələrinin məskunlaşdığı bütün torpaqlarda fəaliyyət göstərmiş, "Uyedinyenye" qəzetini nəşr etdirmiş, bu qəzetdə müntəzəm olaraq serblərin və monteneqroluların vahid dövlətdə birləşməsinin vacibliyini təbliğ etmiş və bu prosesə qarşı çıxan kral I Nikola Petroviçi pisləmişdir. Qəzet əvvəlcə Cenevrədə, sonra isə Parisdə nəşr olundu. O, ABŞ-ın monteneqroluları arasında populyar idi və hətta Monteneqronun özündə də gizli şəkildə çap olunurdu.
Rakočević, Novica. Politička i ekonomska osnova ideje ujedinjenja u Crnoj Gori // Stvaranje jugoslovenske države 1918. Beograd: Institut za savremenu istoriju. 1983. 47–58.
Ракочевић, Новица. Политичке борбе међу црногорском емиграцијом 1917. око питања уједињења Црне Горе са Србијом и осталим југословенским земљама // Научни скуп Србија 1917. године. Београд: Историјски институт САНУ. 1988. 181–190.
Радојевић, Мира; Димић, Љубодраг. Србија у Великом рату 1914-1918: Кратка историја. Београд: Српска књижевна задруга, Београдски форум за свет равноправних. 2014.
Ракочевић, Новица. Војна и политичка ситуација у Црној Гори од почетка августа 1918. до засиједања Подгоричке скупштине // Србија 1918. године и стварање југословенске државе. Београд: Историјски институт САНУ. 1989. 53–66.