Monteneqro Sosial Demokrat Partiyası

Monteneqro Sosial-Demokrat Partiyası (alb. Социјалдемократска партија Црне Горе, Socijaldemokratska Partija Crne Gore) — Monteneqrodakı siyasi partiyalardan biri.

Monteneqro Sosial-Demokrat Partiyası

alb. Социјалдемократска партија Црне Горе, Socijaldemokratska Partija Crne Gore
Lideri Ranko Krivokapiç
Quruluş tarixi 1993
Baş qərargah
İdeologiya Sosial-demokratiya
Üzvlüyü
Saytı http://www.pd.al/

Monteneqro Sosial-Demokrat Partiyası 1993-cü ildə təsis edilmişdir. Müharibə əleyhinə mövqeyi ilə seçilən partiya Slobodan Miloşeviç siyasətinə qarşı çıxması ilə seçilirdi[2]. 1997-ci ildən Monteneqro Sosial-Demokrat Partiyası Monteneqro Sosialist-Demokrat Partiyasının müttəfiqi olur və qurulan bütün hökumətlərdə iştirak edir[3]. Hər iki tərəf 2006-cı ildə keçirilən referendumda Monteneqronun müstəqilliyini dəstəkləmək, Kosovanın müstəqilliyini tanımaq və Monteneqronun Avropa Birliyi və Şimali Atlantika Müqaviləsinə qoşulma ehtiyacı da daxil olmaqla bir çox məsələlərdə razılığa gəlirlər[4].

2012-ci il parlament seçkilərində Monteneqro Sosial-Demokrat Partiyası, Baş nazir Milo Cukanoviçin başçılıq etdiyi Avropa Monteneqro Koalisiyasının tərkibində Sosialist-Demokratik Partiyası ilə ittifaqda iştirak etdi. Koalisiya Monteneqro Məclisindəki 81 yerdən 39-nu alır, onlardan 6 yer Sosial-Demokrat Partiyasına məxsus idi[5]. 19 dekabr 2015-ci ildə Milo Cukanoviç deputatları 2016-cı ilin yanvarında hökumətə etimad səs verməsinə çağırdı. Hökümətə etimad səsverməsi, məclisindəki müzakirə 2016-cı il yanvarın 27-dək üç gün davam etdi. O gün bir səsvermə baş verdi. Bu müddət ərzində Cukanoviç hökuməti etimad səsini alır (42 deputat tərəfindən dəstəkləndi)[6]. Müzakirə zamanı keçmiş koalisiya tərəfdaşları bir-birini korrupsiya və seçki saxtakarlığında ittiham etdir. Ranko Krivokapiç Milo Cukanoviçin Sosial-Demokrat Partiyasından iki nazirə partiyaya xəyanət etməsi və Baş nazirin tərəfinə keçməsi üçün pul verdiyini bildirdi. Milo Cukanoviç bu ittihamları rədd edərək, partiyanın parçalanmasından sonra Krivokapiçin həddindən artıq emosionallığı ilə izah edir və Sosial-Demokrat Partiyasını hökumətdə olarkən verdiyi imtiyazlardan istifadə etməkdə ittiham etdi və müxalifətin bir hissəsinin Monteneqronun milli maraqlarına qarşı hərəkətlərini dəstəkləyən hökuməti tənqid etdi. Sosial-Demokrat Partiyasından olan dörd deputatın Cukanoviç hökumətinə qarşı səs verməsi, 18 il davam edən koalisiyasının sonunu demək idi[6][7][8].

2016-cı il parlament seçkilərində Monteneqro Sosial-Demokrat Partiyası ayrı-ayrılıqda seçkilərdə iştirak etdi və 5% -dən çox səs toplayaraq, parlamentdə 4 yer qazandı[9].

  1. http://www.socialistinternational.org/viewArticle.cfm?ArticlePageID=931.
  2. "The European Forum for Democracy and Solidarity Montenegro". 2005-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  3. "Montenegro: Analysis of the Parliamentary Elections held on October 14th 2012". 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  4. "Elections in Montenegro - between protests and dialogue". 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  5. "Montenegro's ruling coalition wins election". 2017-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  6. 1 2 Завершилось голосование по вотуму недоверия Правительству Мила Джукановича[ölü keçid]
  7. "Montenegro: PM Djukanovic Survives No-Confidence Vote". 2016-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  8. "Montenegrin PM survives confidence vote, but partner deserts". 2018-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
  9. "Konačni rezultati za izbor poslanika u Skupštinu Crne Gore" (PDF). 2018-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-01.