Moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma[1]) — mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması (məsələn, müharibə, təbii fəlakət). Beynəlxalq hüquqda dövlətin öhdəliklərini yerinə yetirilməsi vaxtının geri çəkilməsi, yaxud hər hansı bir hərəkətdən imtina edilməsi[2].Moratorium bir ölkənin hökuməti, məhkəmə orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən tətbiq oluna bilər.[3]
Maliyyə çətinlikləri ilə üzləşən şəxs, şirkət və ya hətta dövlətlər üçün borcların ödənilməsinin müəyyən müddətə dayandırılmasıdır. Bu, borcluya maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün vaxt verir. Məsələn[5]:
Ekoloji moratorium — təbiətin qorunması məqsədilə müəyyən fəaliyyətlərin (məsələn, balıqçılıq, meşələrin qırılması, neft hasilatı) müvəqqəti dayandırılmasıdır. Bu, ətraf mühitin qorunması və davamlı inkişaf üçün istifadə olunur.[6]
Qlobal fövqəladə hallar zamanı hökumətlər iqtisadi fəaliyyətlərə dair moratorium tətbiq edə bilərlər.[7] Məsələn, COVID-19 pandemiyası zamanı bəzi ölkələr kirayə ödənişləri, kredit faizləri və borc ödənişləri üzrə moratorium elan etmişdilər.
Ölüm hökmü üzrə moratorium bəzi ölkələrdə ölüm hökmünün icrasının dayandırılmasıdır.[8] Bu, hüquqi sistemin yenidən nəzərdən keçirilməsi və ya beynəlxalq təzyiqlərə cavab olaraq tətbiq edilə bilər.