Morchella crassipes

Kökayaq morxella (lat. Morchella crassipes) — fungi aləminin ascomycota şöbəsinin pezizomycetes sinfinin pezizales dəstəsinin morchellaceae fəsiləsinin morchella cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B2b(ii, iii). Nadir növdür.

Kökayaq morxella
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Yarımşöbə:
Yarımsinif:
Dəstə:
Növ:
Kökayaq morxella
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Meyvə cismi iridir, hündürlüyü 24 sm-ə çata bilər. Papaqcıq sarımtıl-boz, enli yumurtavari və ya oval, 8 sm-dək hündür, 10 sm-dək endə olur. Səthi iri, dərin oyuqlara malik, kənarları ayaqcığa qovuşandır. Ayaqcıq sarımtıl-ağ, təpəcikli, uzununa düz olmayan şırımlı, 15 sm hündürlükdə, orta hissəsi 4-6 sm qalınlığında, əsasa getdikcə enlənərək 8 sm qalınlığında olur. Şərti yeməli göbələklərdəndir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Humus saprotrofudur. Palıd, vələs qarışıq meşələrdə aprel –may aylarında əmələ gəlir. Populyasiyada fərdlər 1-2 ədəd olur.

Şabran rayonu, Qalaaltı meşəsidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

İtmə təhlükəsialtında olan yeganə lokaliteti mövcuddur, Populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Naməlumdur, güman edilir ki, iqlim şəraitinə çox tələbkardır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın vəziyyətinə nəzarətə vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması və mitseli kulturasının saxlanılması məqsədəuyğundur.

  1. Index Fungorum (ing.).