Morfostrukturlar

Morfostrukturlar[redaktə | mənbəni redaktə et]

Morfostrukturlar (yun. morphe-forma və lat. structura-quruluş) materikokean dibi çökəkliyi relyefinin iri, endogen mənşəli geoloji strukturlarına uyğun gələn elementlərinə deyilir.

Platforma sahələrində-sinekliz, antekliz, qraben, öndağ əyilmələri; qırışıqlıq sahələrdə-antiklinoriy, sinklinoriy; okean dibi sahəsində-okean dibi aralıq sıra dağları, okean çökəklikləri, sualtı vulkan konusları morfostrukturlara aiddirlər. Morfostrukturlar termini 1946-cı ildə akademik İ.P.Gerasimov tərəfindən təklif edilmişdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ş.G.Həsənov, S.B.Məmmədov, Y.Q.Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti « Təhsil» Bakı- 2005.