Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu.
Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.[1]