Motor yağlarının özlülüyü və özlülük indeksi

[1]Özlülük - mühərrik yağının əsas fiziki-kimyəvi göstəricisi və eyni zamanda onun tətbiqini müəyyənləşdirən xassədir. Bu xassəyə aşağı və yüksək temperaturlarda özlülük və özlülük indeksi daxildir.

Motor yağının özlülüyü mayenin daxili siyrilmə gücünün ölçüsüdür. Texnikada iki növ özlülük mövcuddur:

  • Dinamik özlülük,
  • Kinematik özlülük.

Özlülük indeksi

[redaktə | mənbəni redaktə et]

Motor yağının kinematik özlülüyünün 40 və 1000C temperaturlarda ölçülməsi ilə təyin edilir. Özlülük indeksinin ölçü həddləri yoxdur. Özlülük indeksi nə qədər yüksək olarsa, temperatur dəyişməsi zamanı motor yağının özlülüyü bir o qədər az dəyişər. Mühərrikdə motor yağının böyük temperatur intervallarında (qışda mənfi temperaturlardan tutmuş yayda - 220-2300C qədər) işləməsini nəzərə alaraq, motor yağının yüksək özlülük indeksinin olması tövsiyə olunur.Təmiz mineral yağların Ö.İ. 85-105, sintetik motor yağların isə 120 –dən çoxdur. http://znanieavto.ru/

Motor yağlarının kinematik özlülüyü

[redaktə | mənbəni redaktə et]

Motor yağlarının kinematik özlülüyü - normal və yüksək temperaturlarda motor yağının axıcılığını xarakterizə edən anlamdır.

Kinematik özlülük

[redaktə | mənbəni redaktə et]

ГОСТ- 33 və ASTM D445 sınaq üsulları üzrə təyin edilir. Qəbul edilmiş standartlara görə kinematik özlülük 40 və 1000C ölçülür.

Kinematik özlülüyün vahidi

[redaktə | mənbəni redaktə et]

Kinematik özlülüyün vahidi- santistoksdur(cST). Kapilyar-viskozimetrlərdə ölçülür – bu halda kinematik özlülük - ağırlıq yükün təsiri ilə müəyyən miqdar yağın kalibr edilən viskozimetr dəliyin süzülməsinin vaxtını əks etdirir. Sürtkü materiallarının sıxlığından asılı olaraq onların kinematik və dinamik özıülüklərinin göstəriciləri fərqlənir.

  • Большая энциклопедия Нефти и газа.
  1. "Arxivlənmiş surət". 2022-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-25.