Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Moyva (lat. Mallotus villosus) — Osmeridae fəsiləsinə daxil olan balıq növü.
Moyva | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Moyva |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bədəninin uzunluğu 25 sm, çəkisi 52 q, maksimal ömür müddəti isə 10 ildir[2]. Moyvaların olduqca kiçik pulcuq və dişləri olur. Onlara dünyanın bütün okeanlarında rast gəlinir: Arktika, Atlantik okean və Sakit okean , Norveç dənizindən tutmuş Şpisbergen adaları ətrafındakı ərazilər.
Bəzi müəlliflər onlara bir necə yarımnövləri daxil edirlər: Mallotus villosos villosus Müller, 1776 və sakitokean moyvası Mallotus villosus catervarius Pennatt, 1784.
Bəzən onları kapelan olaraq adlandırırlar.
Əsasən siyənək, lososların balaları və planktonlarla qidalanırlar.
Okean və dənizlərin 300 metr bəzən isə 700m dərinliklərində müşahidə edilirlər. Kürüləmə ərəzisi nisbətən dayaz olur. Kürü tökərkən onları treskalar müşahidə edir. Onları Qağayılar, Suitilər və Balinaların qidasınl təşkil edirlər.[3]
Bir dəfəmə 1,5–60 min kürü buraxırlar. Kürünün diametri 0,5–1,2 mm olur.
Sənaye əhəmiyyətlidir. Böyük ehtiyatlara sahibdir. Onların ehtiyatları 4-х mln tondan çoxdur. 2005–2009 illərdə onların ümumi ovu 269–750 min ton arasında dəyişmişdir. 2012-ci ildə ümumdünya ovu 1 mln ton[4] olmuşdur. Sənayedə əsasən 11–19 sm uzunluğu olan və yaşı 1–3 olan balıqlar ovlanılır.