Muğanək

Muğanək (fars. مقانک‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd.

Muğanək
36°36′48″ şm. e. 49°03′40″ ş. u.
Ölkə
Xəritəni göstər/gizlə
Muğanək xəritədə
Muğanək
Muğanək
Muğanək kəndinin enişli-yoxuşlu yolu

Xəritə

Muğanək kəndi Dizəcin, KəngavərBərvəc kəndlərinin arasında və dağlıq bir bölgədə yerləşir. Daşkəsən, Pilə kəmər və Zanqafıl dağları bu kəndi üç yandan çevrələyib ki yerlilər tərəfindən bu dağların ətəyindən ağ torpaq (Kaolin) ixrac olunur. Kəndin ən önəmli və sulu bulağı Qırxbulaq adlanır. Kənd tut, qozfındıq bağlarının içində yerləşir.[1]

Bitki örtüyü

[redaktə | mənbəni redaktə et]

Kəklikotu, Kəkotu, Boymadərən, DağnanəsiGəvən kimi bitkikər Muğanək ərazisində bolca tapılır. Habelə bu kənddə Kütyarpaq püstə, YemişanŞam ağaclarına rast gəlmək olar.[1]

2016-cı ilin məlumatına görə kənddə 81 nəfər [2] yaşayır (31 ailə).

Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar.

Muğanək kəndində İmamzadə Abdulla, Qasım və Cəfər türbəsi yerləşir ki şiə müsəlmanların yeddinci imamı olan Musa əl-Kazımın törəmələridirlər.[3][4]

  1. 1 2 Qaliver[ölü keçid]
  2. "kənd əhalisi". 2017-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-12.
  3. "İmamzadələr". 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-26.
  4. "Viki Əhli Beyt". 2019-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-19.