Bu məqalənin neytrallığı şübhə doğurur. |
Muğanbank ASC – Azərbaycanın 1992-ci ilində təsis edilmiş kommersiya bankıdır. ARMB-nin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
Muğanbank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Bank |
Təsis tarixi | 1992 |
Bağlanma tarixi | 2023 |
Bağlanma səbəbi | Müflisləşmə |
Baş qərargahın yeri | |
Struktur | |
İşçi sayı | 550-dən çox |
muganbank.az |
“Muğanbank” ASC (bundan sonra “Bank”) 1992-ci ildə Azərbaycan Respublikası ərazisində qapalı səhmdar cəmiyyəti kimi təsis edilmiş və 2005-ci ildə açıq səhmdar cəmiyyəti kimi yenidən qeydiyyatdan keçmişdir. Bankın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir və fəaliyyəti 29 saylı 25 noyabr 1992-ci il tarixində verilmiş və 10 noyabr 2000-ci il tarixində yenilənmiş bank fəaliyyəti və valyuta mübadiləsi xidmətləri üzrə lisenziya əsasında həyata keçirilir.
Nağd pul və hesablaşmalarla bağlı əməliyyatlar və xarici valyutanın mübadiləsi, kommersiya fəaliyyəti, xarici valyuta ilə ticarət əməliyyatları və kreditlərin verilmə və depozitlərin saxlanması, həmçinin zəmanətlərin verilməsi Bankın əsas fəaliyyət növləridir.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 %-dən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” qanuna əsasən “Muğanbank” ASC-nin lisenziyası oktyabrın 19-dan etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.