Muğan Babazanlı

Muğan Babazanlı abidələriAzərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə.

Muğan Babazanlı abidələri
Ölkə  Azərbaycan
Şəhər Salyan
Yerləşir Çuxanlı, Şorkənd
Aidiyyatı e.ə. I minillik
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir[1].

Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2013-cü il tarixli Sərəncamına əsasən Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunması qərara alınmışdır[2].

  1. Babayev, Mahir. "Salyanda aşkar edilən Muğan Babazanlı abidələri Azərbaycanın qədim tarixindən xəbər verir". azertag.az. 01.05.2016. 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  2. Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Arxivləşdirilib 2017-11-08 at the Wayback Machine  (az.)