Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Eisenia cinsinin Azərbaycanda 5 növü yayılmışdır. Xarakterik növü Muğan eyzeniyası hesab olunur. Nadir relikt növdür.
Muğan eyzeniyası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Bədən silindrik formada olub, boz və ya açıq qəhvəyi rəngdədir. Uzunluğu 53 —68, eni 4 —6 mm-dir. Buğumlarının sayı 155 ilə 181 arasında dəyişilir. Qılları cüt —cütdür. Kəmərcik 28-ci buğumdan 41-ci buğuma qədər olan sahəni əhatə edir. Pubertat lövhə 35-ci buğumdan 39-cu buğuma qədər uzanır. Bədənin kəmərcik zonasında və kəmərcikdən öndə yerləşən bir neçə buğumlardakı qarınyanı qıllar xüsusi çıxıntıların (papil) üzərində yerləşmişdir. Bədənin 15-ci buğumunun üzərində yerləşən erkək cinsi dəliyin ətrafındakı vəzili sahə yaxşı inkişaf etmişdir (1). Mineral maddələrlə zəngin olan torpaqları sevir. Çürüntülərlə qidalanır. Yaz fəslində çoxalır. Torpağın məhsuldarlığının yüksəlməsində, zooloji tədqiqatlarda, təbiətdə maddə və enerji dövranında əhəmiyyət kəsb edir.
Cənubi Qafqaz, Azərbaycanın cənub (Talış dağları), cənub —şərq (Muğan düzü) və şərq hissələrinin torpaqlarında rast gəlinir. Yaşayış yeri və həyat tərzi: Muğan düzü torpaqları və Respublikamızın cənub zonasının dəniz səviyyəsindən 1450 m yüksəklikdə olan ərazilər —Qosmalian kəndi, Zuvand dağlarının (Talış dağları) dağ — kserofit kol bitkiləri ilə əhatə olunmuş sahələri. Münbit və nəm torpaq qatlarında yaşayır.
Növün yayıldığı otlaqlarda heyvanların intensiv otarılması. Xam torpaqların təbii quruluşunun pozulması (şumlanma) və zəhərli kimyəvi maddələrdən istifadə edilməsi.
Tədbiq olunmuş və lazımi mühafizə tədbirləri: Heç bir tədbir görülməmişdir və görülmür. Heyvanın yayıldığı ərazilərin qorunması üçün ərazinin təbii şəraitdə saxlanılması tələb olunur. Növün zəhərli kimyəvi maddələrə həssas olduğunu nəzərə alıb, onun yayıldığı ərazilərdə (xüsusilə Muğan düzündə) heç bir dərmanlama və gübrələmə işləri aparılmamalıdır.