Muğrabi Məhəlləsi — (Ərəb: حارَة المَغارِبة Hārat al-Maghāriba, İvrit: שכונת המוגרבים, Sh'khunat HaMughrabim), həmçinin Mərakeş məhəlləsi adlanır, 2-ci əsrdə şəhərin cənub-şərqində qurulmuşdur.[1] Şərqdən Məbəd dağının qərb divarı, cənubdan Köhnə şəhər divarları (o cümlədən Maghribe qapısı) və qərbdən Yəhudi Məhəlləsi ilə həmsərhəd idi. O, şimaldakı Müsəlman məhəlləsinin bir uzantısı idi və Səlahəddinin oğullarından biri tərəfindən bağışlanmış İslam fondu və ya dini mülk kimi qurulmuşdur.[2] 1967-ci ildə Altıgünlük müharibədən üç gün sonra Qərbi Qüds meri Teddi Kollekin göstərişi ilə Qərb Divarına aparan dar küçəni genişləndirmək və yəhudilərin girişini asanlaşdırmaq üçün İsrail qüvvələri tərəfindən yerlə-yeksan edilib. Bu gün Ağlama Divarı Meydanı məhəllənin yerləşdiyi yerdə yerləşir.[3]