Muşketyor (fr. mousquetaire; mənası – muşketlə silahlanmış əsgər) — muşketlə silahlanmış piyada növü. Azərbaycanca muşketçi sözü daha uyğun tərcümədir.
"Muşketyor" sözü fransız dilindəki "mousquetaire" sözündən gəlir, mənası muşketlə silahlanmış əsgər deməkdir.[1]
Muşketyorlar XVI əsrin əvvəlindən Avropa ordularında görünməyə başlamışdır. XVII əsrin əvvəlində muşketyorlar piyada qoşunun yarısını, sonralar isə 3-də 2 hissəsini təşkil edirdi. Fransada 1622–1775-ci illərdə qvardiya suvarisinin bir hissəsi kimi zadəganlardan yığılır və kral muşketyorları adlanırdı. Rusiyada 1756–1762-ci və 1796–1811-ci illərdə piyada qoşunlarının bir hissəsi olmuşdur.[1]