Mulan (əfsanə)

Hua Mulan, Fa Mulan və ya sadəcə Mulan-yarıəfsanəvi, yarıhəqiqi Çin xalq "qəhrəmanı". Çin xalqı onun şərəfinə "Mulan haqqında mahnı" yazmışlar. lakin bayatının orijinal variantı günümüzə qədər gəlib çatmamışdır, amma daha sonra, XII əsrdə Qo Maodzan eyniadlı və eyni süjetli bi bayatı yazmışdır və Qo Maodzanın bayatısı indidə çinlilər arasında çox oxunmaqdadır. Hua Mulan haqqında bir çox cizgi filmi və kino çəkilmişdir. Misal olaraq Walt Disney Pictures tərəfindən çəkilən MulanMulan 2 çizgi filmlərini, və yenədə Walt Disney Pictures tərəfindən çəkilən Mulan filmini gətirmək olar.

Hua Mulan
Vətəndaşlığı Şimali Vey /Çjou İmperiyası/Suy Çin İmperiyası
Atası Hua Co
Dini Bütpərəstlik
Fəaliyyəti Hərbi lider, general
Tanınır Mulan haqqında bayatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bir dəfə, Çin imperatoruna xəbər verirlər ki, Şimallı işğalçılar (türklər) Çinə hücüm etmək istəyir. İmperator əmr edir ki, hər bir ailədən bir kişi əsgərliyə gəlib türklərlə savaşmağa kömək etsin. Əsgərlər Mulangilin qapısını döyürlər və bu xəbəri Hua Mulanın ailəsinə çatdırırlar, lakin Mulanın qardaşı olmur, odur ki, Mulanın atası Hua Co savaşa getməli olur. Ancaq, Hua Co xəstə olur və savaşa getmək əhval-ruhiyyəsində olmur. Mulan özünü kişi yerinə qoyur və savaşa gedir. "Mulan haqqında bayatı"-da Çin ordusunun qalib gəldiyi deyilir, lakin tarixi qaynaqlara əsasən, hər şey əksinə olur.

Mulanın yaşadığı dövr

[redaktə | mənbəni redaktə et]

Alimlər Hua Mulanın hansı dövrdə yaşadığı məsələsi barədə bir biriləri ilə mübahisədədirlər. Cürbəcür fikirlər vardır:

1. Hua Mulanın Çjou sülaləsindən imperator Çi Yan dövründə (E.ə. 314–256-cı illər) yaşadığı və Hunlar ilə və Şanyüları Mete xaqan ilə savaşa getdiyi haqqında fikir var.

2. Mulanın Şimali Vey imperatoru Tayu-di zamanında (425–445) yaşadığı və Jujanlar ilə və xaqanları Yuyçzülyü Vuti ilə savaşa getdiyi haqqında da fikir var.

3. Hua Mulanın Suy Çin İmperiyası imperatoru Yan-di zamanında (604–617) yaşadığı və Göytürklər ilə və xaqanları Taman xaqan ilə savaşdığı haqında fikir də var.

Mulan savaşa gedir.
Hua Mulanın Sinqapurdakı heykəli
1-ci şəklin tam forması