Mullutu-Suurlaht gölü

Mullutu-Suurlaht gölü (est. Mullutu-Suurlaht) — Estoniyanın qərbində yerləşən kiçİk göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Saarema vilayətinə daxildir. Estoniyanın dördüncü ən böyük gölü hesab edilir. Kuressaare şəhərindən 2 km qərbdədir. Göl Saaremaa adasında yerləşir. Göl 1440 ha ərazini əhatə edir. Gölün maksimal dərinliyi 2,1 metrdir[1]. Orta dərinliyi isə 1.0 m təşkil edir. Mullutu-Suurlaht gölü suyunun tərkibinə görə duzlu göllərə aid edilir. Göl ümüumilikdə ərazi baxımından iki hissədən ibarətdir:

Mullutu-Suurlaht gölü
est. Mullutu-Suurlaht
Ümumi məlumatlar
Sahəsi 14,4-36,0 km²
Dərin yeri 2,1 m
Yerləşməsi
58°14′45″ şm. e. 22°22′45″ ş. u.
Ölkə  Estoniya
Mullutu-Suurlaht gölü xəritədə
Mullutu-Suurlaht gölü
Mullutu-Suurlaht gölü
  • Suurlaht (Kellamäe) — şərq hissə
  • Mullutu — qərb hissə

Yaz aylarında göldə daşmalar müşahidə edilir. Bu zaman onun suyu 1,16 metr qalxaraq Paadla, Vyaqara və Kaalupea gölləri ilə birləşir. Nəticədə gölün sahəsi iki dəfədən çox artır. Gölə Nasva çayı tökülür. Bu çayın uzunluğu 3 km-dir. Qabarmalar zamanı çay dənizdən gölə axır. Adi zamanlarda isə əsk istiqamətdə. Bu səbəbdən göl balıqlarla doludur. Burada daban balığı, külmə, lilbalığı, qızılüzgəc, çay angvili, Gobio gobio, çay xanısı, Leuciscus idus, Alburnus alburnus, Lota lota, adi durnabalığı, Gymnocephalus cernuus[1] kimi balıqları müşahidə etmək olar. Suurlaht gölünün şimal-şərq hissəsində yerləşən körfəzdə Rahinu adlı ada vardır. Ada 3 ha ərazini əhatə edir. Burada yerləşən körfəz olduqca dayazdır. Dibi bəzi hissələrdə daş, lil və qumdan ibarətdir. Gölün iki hissəsini bir-birindən Hidre Nukk adlı yarımada ayırır. Mullutu və Vyaqara körfəzlərinin sahilləri olduqca dayazdır və əsasən qamışla örtülüdür. Mullutunun şimalında dərinlik 0,2–0,3 metrdir. Cənub hissədə, Nasva çayının mənsəbində dərinlik 1.7 metrə çatır. Burada sahillər 0,4 metrdir. Qum və lillə örtülüdür. Vyaqara körfəzi 1,1 metr dərinliyə sahibdir. Mullutuya Kramise və Kyarla, Suurlahta isə Uminyae[1] çayları tökülür. Göllə dəniz arasında kiçik bir quru parçası vardir. Gölə çayların axmasına və su dövranının təmin edilməsinə baxmayaraq onun suyuna duzluq gətirən dənizdən ora qabarma zanamı şorsuyun daxil olmasıdır

  1. 1 2 3 "Mullutu Suurlaht" (Estonian). eestigiid.ee. 14 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 June 2012.