Multikopter və ya multirotor ən azı iki mühərriki olan helikopter növüdür. Multikopterlərin müxtəlif sayda mühərrikləri ola bilər.
Ən çox istifadə edilən multirotor versiyaları bunlardır:
Bu sistemlər təkrar doldurulabilən litium polimer akkumulyatorlarla işləyirlər. Multikopterlərin havada tarazlığını saxlaması üçün nəzarətçiyə ehtiyacı vardır. Bu nəzarətçilərin içərisində müxtəlif sensorlar olur. Nümunə kimi giroskop, sürətlənmə sensoru, maqnit sahəsi sensoru, qlobal yerləşmə sistemi, Ultrasəs sensoru və təzyiq sensoru göstərilə bilər. Bu tipdə olan hava dronları havadan çəkiliş və video çəkilişlər üçün istifadə olunurlar. çəkilişlər zamanı havada kameraların sabit və titrəməsiz görüntü keyfiyyətinə nail olmaq üçün gimbal kimi Elektromexaniki sistemdən istifadə edirlər.