Multivibrator

Multivibrator — Düzbucaqşəkilli impulslar almaq üçün praktikada relaksasiya generatorlarından (relaksatorlardan) da geniş istifadə edilir. Relaksatorlar triggerlər kimi müsbət əks-rabitəli gücləndiricilər və ya mənfi diferensial müqavimətli elektron cihazları (tunel diodu, tiristorlar və s.) əsasında qurulur.

Kaskadlar arasında müsbət əks rabitə RC dövrəsi vasitəsilə yaradılarsa, belə relaksatorlar – multivibratorlar, transformator vasitəsilə yaradılarsa, blokinggeneratorlar adlanır. Triggerlərdən fərqli olaraq multivibratorlar yalnız bir dayanıqlı tarazlıq və ya iki dayanıqsız kvazitarazlıq halına malikdir. Miltivibratorlar aşağıdakı üç rejimdə: gözləmə, avtorəqs və sinxronlaşma rejimlərində işləyə bilər.

Multivibratorların növləri

[redaktə | mənbəni redaktə et]

Multivibratorları şərti olaraq üç qrupa ayıra bilərik.

  1. sərbəst işləyən-qərarsız-MV-lar (stabil MV-lar);
  2. tək qərarlı MV-lar (stabil, simmetrik MV-lar);
  3. ikili qərarlı MV-lar (Bistabil simmetrik olmayan MV).

Multivibratorlar həm tranzistorlu dövrələrlə, həm də məntiq elementləri ilə göstərilə bilər.[1]

  1. "Arxivlənmiş surət" (PDF). 2021-10-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-05.