Mumlu yapon yalançı yastıcası

Mumlu yapon yalançı yastıcası (lat. : Ceroplastes japonicus Green.)-Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin).

Mumlu yapon yalançı yastıcası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Yayılması[redaktə | mənbəni redaktə et]

Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) vətəni Şərqi Asiyadır (Yaponiya, Çin). Rusiyada, Abxaziyada qeydə alınmışdır. Zərərverici iqlim dəyişikliyinə qarşı olduqca dözümlüdür. Elə bu xüsusiyyətinə görə də asanlıqla yayılmasına və öz arealını yaratmasına imkan yaranır. Yastıca Abşeron yarımadasında da geniş yayılmışdır. Aparılan müşahidələrə əsasən (Novxanı, Binəqədi, Buzovna, Mərdəkan və Şüvəlan kəndləri) Abşeronun quru subtropik iqliminə çox yaxşı dözür. Bu da yastıcanın bitkilər üçün daha da qorxulu zərərverici olmasına gətirib çıxarır.

Qidalandığı bitkilər[redaktə | mənbəni redaktə et]

Mumlu yapon yalançı yastıcası qorxulu karantin zərərvericidir. Polifaqdır. İlk dəfə 1933-cü ildə Suxumidə müşahidə edilib [3, s. 75-80.]. Gürcü alimlərinin fikrinə görə oraya Yaponiyadan gətirilmişdir və 100-dən çox müxtəlif növ bitkiləri yoluxdurur. Abşeronda ən çox xurma və tut ağacına ciddi zərər verir. Digər meyvə ağaclarında da təsadüf olunub. Sürfələrə və dişilərə nazik budaqlarda, yarpaqlarda və meyvələrdə daha çox rast gəlinir. Güclü yoluxma zamanı yarpaqlar tökülür ki, bu da ağaclarda məhv olma təhlükəsi yaradır.

Biologiyası[redaktə | mənbəni redaktə et]

Mumlu yapon yalançı yastıcasının (Ceroplastes japonicus Green.) yetkin dişi fərdinin bədəni oval formadadır, şişkindir. Qırmızımtıl-qəhvəyi rəngdədir. Bədəninin üzəri möhkəm, şəffaf mumla örtülmüşdür. Buna görə də o, bəzən çəhrayı rəngdə də görünür. Abşeron şəraitində il ərzində bir nəsildə inkişaf edir. Dişi fərdlər imaqo mərhələsində qışlayırlar. Yumurtaqoyma iyun ayının əvvəlində baş verir. İyun ayının sonunda isə sürfələr çıxır. Birinci yaş sürfələri – “avaralar” hərəkətlidir. Yumurtadan çıxan sürfələr qidalanmaq üçün yer axtarmağa başlayırlar. Bir müddətdən sonra oturaq həyat tərzinə keçirlər. Əsasən yarpaqların damarlarının üzərində toplaşırlar və üzərləri ağ mumabənzər ərplə örtülür. Qidalanan sürfələr böyüdükdən sonra bir-birindən seçilirlər. Erkəklərin sürfələri uzunsovdur, 14 ədəd çıxıntıya malikdir. Bədəninin orta hissəsi qabarıqdır. Dişilərin sürfələri isə yumrudur. Kənar çıxıntılar qısadır. Sentyabr ayının ortalarında yetkin erkək fərdlərə rast gəlinir. Yetkin dişi fərdlər qəhvəyi rənglidir və iki şəffaf qanada malikdirlər. Oktyabr ayının əvvəlində mayalanmış dişilər qışlamağa gedirlər. Mumlu yapon yalançı yastıcasının dişi fərdləri yumurtalarını öz bədəninin altına qoyurlar. Yumurtalar qırmızımtıl-qəhvəyi rənglidir. Yumurtaqoyma 30-32 gün çəkir.[1]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. İradə Mustafayevanın dissertasiyası. Bakı, 2014

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İradə Mustafayevanın dissertasiyası. Bakı, 2014