Mumya

Mumya nadir və çox qiymətli təbii müalicəvi maddədir. Bu maddə əsasən Hindistanda, Tibetdə və həmçinin Altayda (Rusiya) dağlardan yığılır.

Mumya güclü ümumimöhkəmləndirici, iltihabəleyhinə, ödqovucu, bakterisid, bərpaedici təsirə malikdir.

Təbii mumya qara-qəhvəyi rəngdə olan elastik parıltılı maddədir. Mumyanın spesifik iyi və acı dadı var. Mumya suda tam həll olunur və su qəhvəyi rəng alır.

Mumyanın müalicəvi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İnsanlara qədim zamanlardan mumyanın müalicəvi xüsusiyyətləri məlumdur. Mumya və onun müxtəlif xəstəliklər zamanı istifadəsi haqqında məlumat dahi Avisenna və Aristotelin elmi işlərində tapılıb.

Mumya nadir kimyəvi tərkibə malikdir. Onun tərkibində hormonlar, fermentlər, aminturşular, vitaminlər, efir yağları, minerallar və s. var.

Bu maddə orqanizmdə gedən bərpa proseslərini sürətləndirir və gücləndirir. Mumya immum sisteminə çox müsbət təsir edir - gücləndirir, viruslara və infeksiyalara qarşı davamlılığını artırır, orqanizmə ümumimöhkəmləndirici təsir edir.

Bir çox elmi araşdırmalar sübut edib ki, mumyanın sınıqlar zamanı istifadəsi sınmış sümüklərin bərpasını xeyli sürətləndirir. Bu xüsusilə yaşlı insanlar üçün vacibdir. Bu kateqoriya insanlarda sınıqlar uzun müddət bitişmir və tez-tez çox ağır pozulmalara, əliliyə, hətta ölümə (bud boyuncuğunun sınığı zamanı) səbəb olur. Mumya sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, stresi azaldır. Mumya ürək-damar sisteminə, qan tərkibinə çox müsbət təsir edir. Uzun müddət ərzində sağalmayan, irinli yaralar və trofik xoraları zamanı mumya çox yaxşı təsir edir - yaraları təmizləyir, toxumaların bərpasını sürətləndirir.

Mumya kosmetologiyada

[redaktə | mənbəni redaktə et]

Kosmetologiyada müxtəlif maskaların tərkibində istifadə olunur. Mumya əsasında maskalar dərini çox yaxşı təmizləyir, saçları bərpa edir, tökülməsini azaldır. Mumya həm daxilə qəbul olunur, həm də kompres, maska, məlhəm və s. şəklində istifadə olunur.

Mumya xalq təbabətində

[redaktə | mənbəni redaktə et]

Mumya daxilə 0,2-0,5 qr miqdarında (təxminən buğda toxumu ölçüsündə) qəbul olunur. Uşaqlar üçün bu dozanın yarısı və ya 1/3 hissəsi götürülür (uşağın yaşından asılı olaraq).

Mumya səhər tezdən acqarına yeməkdən ən azı 30 dəqiqə əvvəl qəbul olunur. Mumyanın spesifik dadı var və bu səbəbdən mumyanı ballı su ilə içmək olar. Müalicə kursu 7-10 gün təşkil edir. 10 gün fasilə verilir və kurs yenidən təkrarlanır.

Saglamolun.az saytı Xalq təbabəti 16.04.2016 47501