Mund döyüşü

Mund döyüşüQədim Romada vətəndaş müharibəsinin gedişində, e.ə.45-ci il 17 martda müasir İspaniyanın cənubunda yerləşən Mund vadisində Qay Yuli Sezarın respublikaçılara qarşı son döyüşü.

Döyüş və nəticələri

[redaktə | mənbəni redaktə et]

E.ə.49–45-ci illərdə Qədim Romada baş vermiş vətəndaş müharibəsinin sonlarında İspaniyada, Pompeyin oğlanları Qney və Sekstə qarşı müharibələr gedirdi. Qay Yuli Sezarın canişini Kassi Lonqinin İspaniyadakı özbaşnalığından narazı olan yerli əhali də Pompeyin oğlanlarına köməklik göstərirdilər. Mund şəhəri yaxınlığında e.ə.45-ci il 17 martda baş vermiş həlledici döyüşdə Sezar qələbə qazandı. Pompeyin böyük oğlu Qney bu döyüşdə həlak oldu. Mund döyüşü Pompeyin tərəfdarlarına qarşı Sezarın son döyüşü idi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Y. Həsənov. Qədim Roma tarixi. Bakı, 1975, səh.161
  • Appian. Roma tarixi:Vətəndaş müharibələri(II, 103–105).
  • Dian Kassi. Roma tarixi (XLVII, 28–42).
  • Qay Yuli Sezar. İspaniya müharibələri haqqında qeydlər (1–42).
  • Plutarx. Həyat Salnaməsi:Sezar (56).