Murad Ağalarov

Murad Ağalarov (Tam adı:Murad Sultan oğlu Ağalarov ; d.1918; Rusiya, Volqoqrad vilayəti, Savinka k. - ö.1985) — geologiya-mineralogiya elmləri doktoru, professor.

Murad Ağalarov
Murad Sultan oğlu Ağalarov
Doğum tarixi
Doğum yeri Rusiya, Volqoqrad, Savinka k.
Vəfat tarixi
Milliyyəti azərbaycanlı
Elm sahəsi geologiya-mineralogiya
Elmi dərəcəsi Professor
Elmi adı geologiya-mineralogiya elmləri doktoru
Alma-mater Azərbaycan Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti

Murad Ağalarov Rusiyanın Volqoqrad vilayətinin Savinka kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirərək kimya ixtisasına yiyələnib. 1954-cü ildə namizədlik, 1962-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat Layihə institutunda neft-mədən kimyası laboratoriyasının müdiri işləmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elmi tədqiqatlarının sahəsi: geokimya, hidrokimya, hidrogeologiya. Onun elmi işlərinin nəticələri neft yataqlarının lay sularının brom, yod, bor və başqa qiymətli komponentləri çıxarılmasında, lay sularının stratiqrafik aidiyyatını təyin etməkdə və həmçinin neft yataqlarına vurulan mədən sularının hazırlanmasında və onların sututumlarına ötürülməsi zamanı təmizlənməsində tətbiqini tapmışdır. M.Ağalarov 120-dən çox elmi əsərin, bir neçə monoqrafiyanın, o cümlədən "Azərbaycanın əsas neft yataqlarının hidrogeokimyası", "Neft yataqlarının lay sularının fiziki-kimyəvi sınanması"nın müəllifidir. 15 elmlər namizədi hazırlamışdır. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur.

  • Azərbaycanın geoloq və geofizik alimləri, "Nafta-Press" nəşriyyatı, 2004