Murad Mahir oğlu Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), kişilər arasında üçqat Şotlandiya çempionu (2017, 2018, 2022).[2][3]
Murad Abdulla | |
---|---|
Murad Mahir oğlu Abdulla | |
Ölkə | Şotlandiya |
Doğum tarixi | |
Titulu | FİDE ustası (2017) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.330 (noyabr 2023) |
FİDE nömrəsi | 2403757 |
Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhənglərin qatili" adlandırıblar.[4] 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır.[5]
2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub.[6][7] Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi.
2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb.[8]