Murad dağı

Murad dağı - KütahyaUşak illərinin ən yüksək dağıdır. Kütahya və Uşak illərinin təbii sərhədini əmələ gətirir. Dağa indiki adını XIV əsrdə Kadoini fəth edən türkmənlər veriblər.[2]

Murad dağı
Yerləşməsi
38°55′59″ şm. e. 29°42′35″ ş. u.HGYO
Ölkə
Murad dağı xəritədə
Murad dağı
Murad dağı

Murad dağı Mərkəzi Banaz rayonunun şimalını əhatə edir. 2.312 metrlik zirvəsi ilə Ege bölgəsinin Honaz dağından sonra ən yüksək dağıdır.[3] Murad dağının Uşak sərhədləri içərisində yüksəltisi 1.500-2.000 metr hündürlüyə çatan bir çox təpə və yaylalar vardır. Bu təpə və yaylalar çox zəngin şam meşələri və otlaqlarla əhatə olunub. Həm də Gediz bələdiyyəsi himayəsində 2 ədəd isti yeraltı su əsaslı hamam və müxtəlif yaylalarda villa tipli evlər mövcuddur.

Termal xizək mərkəzi

[redaktə | mənbəni redaktə et]

Ərazidə termal xizək mərkəzi yaradılmışdır. Burada 1450 metr yüksəklikdə 41 °C istilikdə termal su və yerləşmə, 1850 metr yüksəklikdə isə hər növdə xizək sürmə fürsəti təklif olunur. Bundan başqa, ərazidə dağ velosipedi, flora və fauna müşahidəçiliyi, fotosafari, dağçılıq, dağ yürüşləri və s. tipli müxtəlif turizm fəaliyyəti ilə məşğul olmaq mümkündür.[4]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Arxivlənmiş surət". 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  3. "www.derdosk.com - dağ haritalari ve otalar". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  4. "www.kutahya.gov.tr - Tükiyenin ilk ve tek termal kayak merkezi Murat dağında". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.