Murmansk trolleybusu

Murmansk trolleybusu — dünyanın ən şimalda yerləşən trolleybus sistemidir (Valparaisodakı trolleybus sistemi isə ən cənubda yerləşən). Murmanskda trolleybus 11 fevral 1962-ci ildən fəaliyyət göstərir[1]. 2020-ci ildən etibarən dörd marşrut trolleybus sistemində xidmət göstərir (3, 4, 6, 10). Trolleybusların xidmət etdiyi marşrutlara əlavə olaraq dörd avtobus nəqliyyatı marşrutu (3T, 4T, 6T, 7T) mövcuddur. Bu müddət ərzində bilet və trolleybusda gediş haqqı etibarlıdır. Hal-hazırda Murmanskda iki trolleybus deposu vardır: 1 nömrəli trolleybus deposu (Karl Libknext k.) və 2 nömrəli trolleybus deposu (Sverdlova küçəsi). Murmanskdakı trolleybus xəttlərində "Elektrotransport" ASC xidmət göstərir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Maşrutların sxemi

Murmanskdakı trolleybus 1954-cü ildən layihələndirilir. 25 ZiU-5 trolleybus üçün bir trolleybus depo və bir dartma yarımstansiyası daxil olan sistem 11 fevral 1962-ci ildə açılmışdır. 1967-ci ildə şəhərin şimal hissəsində xətt istifadəyə verilir. 1972-ci ildən ZiU-9 trolleybuslarının istismarına başlanılır. 1975-ci ildə trolleybusların Avtoparka hərəkəti başlayır. 12 dekabr 1975-ci ildə 100 trolleybus üçün 2 nömrəli depo açılır. 1976-1977-ci illərdə konduktorsuz və nağdsız iş üsuluna keçid edilir. 1977-ci ildə Yujnaya küçəsinə (indiki Şerbakova küçəsi) trolleybus xətti çəkildi. 1978-ci ildə Balıqçılıq Qəhrəmanları küçəsinə trolleybusların hərəkəti başlanılır. 1979-cu ildə Radiçev küçəsinə trolleybusların hərəkəti açılır. 1987-ci ildə Polyarnoye Zori küçəsi boyunca trolleybuslar istifadəyə verilir. 1988-ci ildə əlaqə şəbəkəsi 310 mikrorayona qədər uzadılır. 310 mikrorayona trolleybus hərəkəti başlandıqdan sonra Murmanskda trolleybus sisteminin inkişafı dayanır. 1998-ci ildə konduktor iş metodu geri qaytarılılır. 2000-ci ildə 2 nömrəli marşrut açılır. 2009-cu ildə İvçenko küçəsində xidmət xətti açıldı və Geroyev-Severomortsev prospekti ilə Lobova küçəsinin kəsişməsi yenidən quruldu. 2009-cu ildə 3t və 4t avtobus marşrutları açıldı. Buda ucqar bölgələrin sakinlərinə trolleybus şəbəkəsinin əsas xətlərinə çıxmağa imkan verdi. 2011-ci ildə 33 nömrəli avtobus marşrutu açılmışdır. 2011-ci ilin aprel ayında 5 trolleybusda pulsuz Wi-Fi internet işə salındı[2] və 1 iyul 2011-ci il tarixində xəttdəki bütün maşınlarda pulsuz Wi-Fi internet istifadəyə verildi[3].

2011-ci ilin sentyabr ayında "Electrotransport" ASC şirkəti Qızıl Təkər Beynəlxalq İctimai Nəqliyyat Mükafatını aldı. Şirkət "Rusiyanın ən yaxşı regional ictimai nəqliyyat müəssisəsi" nominasiyasında qalib oldu[4].

"Elektrotransport" ASC-nin 50 illik yubileyi ərəfəsində (fevral, 2012) yeni bir saytı - troll51.ru Arxivləşdirilib 2020-03-22 at the Wayback Machine istifadəyə verildiyini elan etdi. OpenStreetMap xəritələrinə əsasən istifadəçi müəyyən bir marşrutun trolleybus avtobuslarının və Electrotransport avtobuslarının cari yerini görə bilər. Məlumat real vaxtda təxminən 500 metr dəqiqliklə ötürülür.

15 may 2014-cü il tarixində, ulun yanında 6T avtobus marşrutu açıldı.

Maşrut xətti[redaktə | mənbəni redaktə et]

Hal hazırda 4 trolleybus[5] və 4 avtobus nəqliyyat marşrutu mövcuddur. Keçmişdə (indi bağlanan) daha 3 marşrut var idi.

Arsenalı[redaktə | mənbəni redaktə et]

2019-cu ildən etibarən 112 (2 təlim) maşın, əsasən Trosla şirkəti tərəfindən istehsal olunan ZiU-682 modelləri İvanovoda əsaslı təmir edilir. Onların əksəriyyəti Sberbankdan alınan lizinq yolu ilə edilmişdir. Son illərdə avtomobillər Voloqdan alınıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "История предприятия". ОАО «Электротранспорт». 2012-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-06.
  2. "Мурманские троллейбусы подключили к Wi-Fi". 2013-11-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-11-06.
  3. "Троллейбусы Мурманска оборудовали бесплатными Wi-Fi-точками". 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-06.
  4. "Профессионализм и высокое качество работы ОАО „Электротранспорт города Мурманска" ценят на международном уровне". 2016-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-22.
  5. "Троллейбусные маршруты Мурманска". 2008-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-06-15.

Mənbə[redaktə | mənbəni redaktə et]