Şimali Amerika nın şimal-qərbində bitir. Hündürlüyü 25 m-ə qədər olan, düz, piramida çətirli ağacdır. Gövdəsi nazik, açıq-qonur rəngli, hamardır, diametri 40 sm-dir. Açıq yaşıl rəngli, uzunluğu 5-7 sm olan iynəyarpaqları cüt-cüt yerləşən cod, çox vaxt burulmuş formalıdır. 4-5 il yaşayır. Qozaları qonur və ya qırmızı-qonur rəngli, uzunsov-yumurtavarı formalıdır, uzunluğu 6 sm-dir. Zoğa yapışıb, budaqlarda 10 ilə qədər qalır. Alt budaqları tez məhv olur, ancaq ağacda uzun müddət qalır. Qışda ağacın sıx çətiri çoxlu qarı uzun müddət üzərində saxladığına görə, qar əriyən vaxt ağırlıq nəticəsində ağacların kökündən qopmasına səbəb olur.
Soyuğa və kölgəyə davamlıdır, tez böyüyür, torpağa az tələbkardır, ancaq rütubətli tropaqlarda yaxşı inkişaf edir. Mədəni şəraitdə 1854-cü ildən becərilir. Son dövrlərdə respublikamızda yaşıllaşdırmada rast gəlinir.
Murrey şamı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Murrey şamı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.