Murtuzun Tarı (1989)

Filmdə beş yaşında dünya işığına həsrət qalmış tarzən Murtuz Mehdiyevin ömür yolundan söhbət açılır. Gözlərinin işığını itirsə də, həyata inamını itirməyən M.Mehdiyev hələ uşaqlıqdan tar çalmağı öyrənmiş, musiqiyə möhkəm bağlanmışdır. O, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. İndi özü kimi dünya işığına həsrət qalmış uşaqların musiqi təhsili aldığı məktəbə rəhbərlik edir.

Murtuzun tarı
Janr bioqrafik
Rejissor Xamiz Muradov
Ssenari müəllifi Cahangir Aslanoğlu (Cahangir Məmmədov kimi)
Operator Tofiq Sultanov
İstehsalçı "Salnamə" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 1989
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1989
Texniki məlumatlar 1 hissə
280 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Xamiz Muradov
Ssenari müəllifi: Cahangir Aslanoğlu (Cahangir Məmmədov kimi)
Operator: Tofiq Sultanov
Səs operatoru: Şamil Kərimov

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 348; 377.