Musa Adilov (tam adı: Musa Ramazan oğlu Adilov; 5 sentyabr 1959, Dəvəçi, Dəvəçi rayonu, Azərbaycan SSR, SSRİ – 19 mart 2004, Bakı, Azərbaycan) — Qanlı Yanvar şəhidi.[1]
Musa Adilov | |
---|---|
Musa Ramazan oğlu Adilov | |
Doğum tarixi | 5 sentyabr 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 19 mart 2004 (44 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Şabran Qalagah qəbiristanlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Ramazan |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Təmir-tikinti idarəsində işçi |
1959-cu il sentyabrın 5-də Dəvəçidə (indiki Şabranda) anadan olmuşdur. 10 yaşında sol budu zədələndiyindən uzun müddət Bakıda Tibbi bərpa Mərkəzində müalicə olunmuşdur.[2] Buna baxmayaraq, orta və ali təhsilini uğurla başa vurmuşdur. Bundan sonra, təmir-tikinti idarəsində işləmişdir.
Ailəli olmuş, 1 qızı və 1 oğlu yadigar qalmışdır.
Həmin gecə öz "Moskviç" maşınında qonşusu ilə Sabunçu qəsəbəsindən aeroport istiqamətinə gedərkən atəşə məruz qalmış, özü kürəyindən, qonşusu isə ayağından yaralanmışdır. Musa Adilov öz şahid ifadələrində bunları demişdir:[3]
Yanvarın 20-sinə keçən gecə «Moskviç» maşınında aeroporta aparmaq üçün dostlarımın yanına gəldim. Təqribən gecə saat 01:00 radələrində Komsomol və Suraxanı dairələri arasındakı yolda, 100 metr məsafədə əsgərləri və onların arxasınca maşını gördüm.
Onların avtomatları var idi və şam ağaclarının arxasından yola çıxmışdılar. Mən həmən anda maşını geri çöndərməyə çalışdım. Lakin arxamızca güllə atmağa başladılar, mənim bel nahiyəmə dəydilər. Mən əvvəlcə başa düşmədim, 300 metr sonra özüm avtomatik dayandım, daha heç nə yadımda deyil. |
Sabunçu xəstəxanasına aparılmış, şam işığında əməliyyat edilsə də, bədənində qəlpələr qalmışdır. Nəticədə Musa 2-ci qrup əlil olmuş, səhhəti isə, edilən müalicələrə baxmayaraq, ildən-ilə daha da pisləşmişdir. 2004-cü il 19 mart tarixində qarın boşluğuna işləyən qəlpə yarasının törətdiyi fəsadlardan vəfat etmişdir.
Şabran Qalagah qəbiristanlığında dəfn edilmişdir.