Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Musa İsa oğlu Cəfərov (12 dekabr 1921 – 20 fevral 2001) — Azərbaycan Kommunist Partiyasinin Kürdəmir Rayon Komitəsinin birinci katibi (1961–1963), Kürdəmir Rayon "Nizami" adına kalxozun idarə heyətinin sədri (1963–1976).
Musa Cəfərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 dekabr 1921 |
Vəfat tarixi | 20 fevral 2001 (79 yaşında) |
Partiya | |
|
|
Təltifləri |
|
Cəfərov Musa İsa oğlu 12 dekabr 1921-ci ildə Kürdəmir rayonunun Yenikend kəndində anadan olmuşdur. Atası İsa bəy və Güllər xanım İctimai mənşəyinə görə kəndli olmuşlar. Musa ailənin böyük övladı olmuşdur. Onun Lumu və Şəfiqə adlı iki bacısı və Heybət adlı qardaşı dunyaya gəlmişdir.
Musa 1936-cı ildə Kürdəmir rayonunun Yenikənd məktəbinin yeddinci sinifini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Göyçay pedaqoji məktəbinə göndərilmişdir. 1939-cu ildə pedaqoji məktəbi müvəffəqiyətlə bitirdikdən sonra müəllim işləmək üçün Kürdəmir rayonunun Təklə kəndinə göndərilmiş və həmin kənddə məktəb təşkil edərək işə başlamışdır. Burada 6 ay işləyəndən sonra 1940-ci ildə hərbi xidmətə çağırılmışdır. Artıq SSRİ ilə Finlandiya arasinda müharibə gedirdi. 1941-ci il Boyuk Vətən Muharibəsi başlayanda o, Sevestopolda hərbi xidmətdə olmaqla aviasiya məktəbində oxuyurdu. 1943-cü ilin əvvəllində hərbi aviasiya məktəbini bitirib aviamexanik ixtisasına yiyələnərək 995 nömrəli hücumçu aviasiya polku ilə döyüş bölgəsinə göndərilmişdir. Belarusiya, Ukrayna və Pribaltika ölkələrinin, Qərbi Avropa dövlətlərinin faşist Almaniyasının əsarətindən azad olunmasında fəal iştirak etmiş, Budapeşt şəhərinin azad ounmasında göstərdiyi şücaətə görə isə fərləndirici medalla, ümumiliyyətlə, Böyük Vətən müharibəsində iştirakına görə 10 medalla təltif olunmuşdur.
1946-cı ilin yanvar ayında ordudan tərxis edilərək Kürdəmirə qayıtmış və yenidən müəllimlik fəaliyyətinə başlamışdır. Müəllim işləyə-işləyə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsini bitirmişdir.
1955–1960-cı illərdə Sov.İKP MK-nin nəzdində Ali Partiya məktəbində qiyabi təhsilini davam etdirmiş və müvəffəqiyyətlə başa vurmuşdur.
Musa İsa oğlu Cəfərov 2001-ci ilin fevral ayının 20-də dünyasını dəyişmişdir.
1951-ci ilin may ayında Kürdəmir Rayon Partiya Komitəsində parkabinetin müdiri təyin edilmişdir. 1951–1953-cü illərdə respublika iki illik partiya məktəbində partiya təhsili almış və müvəffəqiyyətlə həmin məktəbi bitirmişdir. 1953-cü ildən Kürdəmir Rayon Partiya Komitəsinin katibi seçilmiş və 1954-cü ilin dekabr ayına kimi həmin vəzifədə işləmişdir. 1954-cü ildən Kürdəmir Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş və bu vəzifəni 1959-cu ilə kimi icra etmişdir.
1959-cu ilin dekabr ayında Kürdəmir rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş və bu vəzifəni 1961-ci ilə kimi icra etmişdir. 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Azərbaycan Kommunist Partiyasının XXV qurultayında, 1961-cı ildə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd seçilmisdir.Kürdəmir Rayon Partiya Komitəsinin birici katibi vəzifəsində 1963-cü ilin əvvəlinə kimi çalışmışdır. Kürdəmir rayonunun rəhbər vəzifələrində işləyərkən rayonun sosial-iqtisadi inkişafına böyük əmək sərf etmiş, rayon mərkəzində şəhər poloknikasının, rayon xəstəxanasının, inzibati idarə binalarının, sosial obyektlərin tikilib istifadəyə verilməsinin təşkilatçısı olmuşdur. Rayonun şimal və cənub hissələrini birləşdirən Qarasu üzərindəki "Musa Körpüsu" adlanan körpünü yenidən bərpa etmiş, bir sıra kəndlərə yolların çəkilməsini təşkil etmişdir.
1963-cü ildə rayonun 5 kəndini- Yenikənd, Dəyirmanlı, Mürtülü, Təklə və Qarabucaq kəndlərini əhatə edən iri təsərrüfata "Nizami" adına idarə heyətinin sədri seçilmışdir və bu vəzifədə 13 il, 1976-cı ilə kimi çalışmışdır. Bu 13 ildə "Nizami" adina kalxoz geri qalmış təsərrüfatlar siyahısından çixaraq rayonun qabaqcıl kalxozuna çevrilmiş, o vaxtlar məşhur olan milyonçu kalxozlar siyahısına daxil olmuşdur. Təsərrüfat rəhbəri seçildiyi ilk günlərdə kalxozun sərəncamında olan torpaq sahəsindən 1000 hektara yaxın əkin sahələri meliorasiya edilmiş, suvarma şəbəkələri yenidən qurulmuş, yeni müasir tipli maşın traktor parkı, heyvandarlıq kompleksi anbar binalari və digər təsərrüfat təyinatlı binalar inşa edilərək istifadəyə verilmişdir. Nəticədə hər il nəzərdə tutulduğundan daha çox gəlir əldə edilmişdir. Bu kəndlərdə bir cox sosiyal problemlərin həllinə şərait yaratmışdır. 13 il ərzində Mürtülü, Qarabucaq və Təklə kəndlərində 8 illik, Yenikənd kəndində orta məktəb binaları, Dəyirmanlı əlavə sinif otaqları və idman zalı, Yenikənd kəndində bütün tələblərə cavab verən kənd xəstəxanası və ayrıca "Doğum evi" tikilmişdir. 4 km uzunluğunda kənd yoluna asfalt örtük verilmiş, kəndlərə təbii qaz çəkilmiş, müasir avtomat telefon stansiyası işə salınmış, kitabxana, hamam və digər məişət binaları tikilib kənd zəhmətkeşlərinin ixtiyarına verilmişdir.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə kompleksi ucaldilmiş, uşaq baxçasinda işləyənlər üçün lazimi şərait yaradılmışdır. Bu illərdə kalxozçuların illik gəlirləri bir neçə dəfə artmış, kəndlərdə tikilən yeni yaşayış evləri kəndin libasına dəyişmişdir.
1976-cı ildən 1990-ci ilə qədər Kürdəmir rayonu üzrə kənd təsərrüfatı məshullarının tədarükü və keyfiyyəti üzrə dövlət müfəttişi işləmişdir. 1990-cı ildən ömrünün axirina kimi təqüddə olmuşdur. Buna baxmayaraq rayonun ictimai -siyasi həyatında fəal iştirak etmiş, Böyük Vətən müharibəsi veteranları rayon Şurasının sədr müavini olmaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında yaxından iştirak etmişdir. 1944-cü ildən ömrünün sonuna kimi Sov. IKP-nin üzvü olmuşdur.
Həyat yoldaşı Cəfərova (Musayeva) Şəfiqə Əlisgəndər qızı ibtidai sinif müəllimidir. Musa Cəfərovun 6 övladı var: Rasim Cəfərov, Ramiz Cəfərov, Rauf Cəfərov, Gülşən, Natəvan və Təranə Cəfərovalar.
Musa Cəfərov Böyük Vətən müharibəsində iştirakına görə 10 medalla təltif olunmuşdur.