Musa Küçük (1972, Gümüşhane ili) — podratçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Musa Küçük | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Gümüşhane |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1972 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
Musa Küçük 1972-ci ildə Gümüşhane ilində anadan olub. İbtidai və orta təhsilini İstanbulda alıb. Bəyoğlu Sənaye Peşə Liseyindən məzun olub.[1]
Uzun illər inşaat sənayesində çalışıb. Gümüşhanespor İdman Klubunun prezidenti vəzifəsində çalışıb. SONSAM Strateji Araşdırmalar İnstitutunun qurucu prezidenti olub.[1]
MHP üzvüdür. 2002-2007-ci illərdə MHP İstanbul Kağıthane ilçəsi şöbəsinin sədr müavini, 2007-2011-ci illərdə isə MHP İstanbul il şöbəsinin sədr müavini olub. Üç dəfə MHP İdarə Heyətinin üzvü vəzifəsinə seçilib.[1]
2023-cü ildə MHP namizədi olaraq Gümüşhane ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[1]
Evli və 3 uşaq atasıdır.[1]