Musa salnaməsi ( ivrit : דברי הימים של משה, Dibre ha-Yamim şel Moşeh) — kiçik midraşimlərdən biri. Bibliya üslubunu yaxından təqlid edərək ivrit dilində yazılmış bu kitab, bir çox əfsanələrlə bəzədilmiş Musanın həyatının tarixini təqdim edir.
Musa salnaməsi | |
---|---|
Orijinalın dili | ivrit dili |
Adolf Yellinekə görə, Musanın həyatı əvvəlcə daha qədim mənbələrdən istifadə edilən salnamədə ətraflı şəkildə işlənmişdir. Bu əsər "Sefer ha-Yaşar" adlı əfsanələr toplusuna daxil edilmişdir. "Yalkut Şimoni" buradan indiki "Musa salnaməsi " ilə deyil, "Sefer ha-Yaşar" ilə uyğun gələn çıxarışlar götürmüşdür. Buna baxmayaraq, sonradan köhnə salnamənin daha qısa resenziyası edilmişdir ki, bu da indi mövcud olan versiyadır. H. Strak və Q. Stembergerin fikrincə, əsər çox güman ki, XX–XI əsrlərə aiddir.[1]