Musanın hökmü (Mikelancelo)

Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir.

Musanın hökmü
Xəritə
Ölkə
Memarlıq üslubu İntibah sənəti, heykəl
Memar Mikelancelo Buonarotti
Tikilib təq. 1510[1]
Hündürlüyü 235 sm.
Material mərmər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır.[2]

Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır.

Musanın təsviri

[redaktə | mənbəni redaktə et]

Musa tanrının 10 qanunu xalqına çatdırmaq üçün Sina dağına çıxmış və orada 40 gün, 40 gecə keçirmişdir. Şəhərə dönərkən xalqının qızıldan hazırladığı bir buzov heykəlinə sitayiş etdiyini görür. Bu isə onda böyük bir hiddətə səbəb olur. Mikelancelonun Musası məhz həmin anın təsviridir. Heykəldə işıq-kölgə oyunları diqqəti çəkir. Musa fiziki olaraq qabardılmışdır. Ümumiyyətlə, Mikelancelo heykəllərinin hamısında antik Yunan və Roma dövrünün xüsusiyyətləri gözə çarpır.

Peyğəmbər acıqlıdır, bununla belə özünə hakim ola bilir. Başı sola doğru çevrilib, üzərində on yazılı əmrin olduğu lövhə qoltuğunun altındadır, sağ əli əsəbi bir hərəkətlə saqqalını qarışdırmaqdadır. Heykəldə qəzəbli baxış, yaxud da bir qədər sonra hərəkətə keçəcək olan sükut ifadə edilir. Heykəl Musa peyğəmbərin az sonra ayağa qalxaraq lövhəni yerə çırpacağı fikrini yaradır.

Heykəlin sənət özəllikləri

[redaktə | mənbəni redaktə et]

Heykəldə Musa peyğəmbərin başında iki buynuz təsvir edilmişdir. Bu buynuzlar Renessans dövründə edilmiş “tərcümə xətası”na uğramışdır. Tərcümədə edilən səhv ibranicə “keren” kəliməsinin iki anlamından (işığın əks olunması və buynuz) qaynaqlanır. “Tövrat”ı bu dönəmdə latıncaya tərcümə edən şəxs “Musanın başındakı işıq” yerinə, “Musanın başındakı buynuz” deyə qeyd etmişdir. Bu yanlışlıq da həmin dönəmdə bütün tərcümələrə yansımışdır. Mikelancelo heykəli bitirdikdən sonra, həmin əsərə o qədər maddi bir gücə malik nəsnə kimi yanaşmışdır ki, heykələ “Danış” - deyə əmr etmiş və səs çıxmayınca bir-iki addım geri çəkilər və əlindəki çəkici fırlayaraq “Qalx gedək” deyə qışqırmışdır. Sənətşünaslar bu əsər haqqında çox şey yazmış, heykəlin çox solğun olduğunu bildirmişlər. Ancaq əslində belə deyildir. Freskoların olduğu yerdə davamlı olaraq şamlar yandığından onun buraxdığı his də zamanla əsərin üzərinə hopmuş və rəng dəyişikliyi yaratmışdır. Freskaları təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilmişdir. Ancaq məşhur bir bərpaçı əsəri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləmiş və əslində freskoların çox canlı rəngə malik olduğu bəlli olmuşdur.

Heykəlin qismən bərpası bir neçə dəfə aparılmışdır. 2018-ci ildə Mikelancelonun işinin uzunmüddətli bərpası tamamlanmışdır. Musanın yenilənmiş heykəli indi daim dəyişən işıqlandırmada görünür. Mario Nanninin rəhbərlik etdiyi italyan bərpaçılar komandası tərəfindən hazırlanmış heykəl, işığın müxtəlif fazalarını və şəfəqin, gündüzün, qürubun və alatoranlığın rənglərini simulyasiya edərək, diod lampaların şüaları altında və proqram təminatının köməyi ilə plastikliyin gözlənilməz aspektlərini ortaya qoyur.

  • Sigmund Freud, Il Mosè di Michelangelo, Bollati Boringhieri, 1975
  • Corrado Augias, I Segreti di Roma, Mondadori, 2005
  1. Make Lists, Not War (ing.). 2013.
  2. "Musanın Hökmü, Mikelancelo". 2023-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-15.