Musiqi əsəri - bütün musiqi əsərləri, o cümlədən xalq mahnısı və musiqi improvizasiyası. Musiqi əsərlərinə daxili tamamlıq, forma və məzmunun fərdiliyi, not yazılışı xarakterikdir.
Musiqi əsəri anlayışı cəmiyyətə çox gec gəlib. O, not yazılışı və bəstəkar əsərlərindən sonra sistemləşdirildi. Musiqinin yekun nəticəyə gəlməsi fikri qəbul edildi. Müasir dövrdə bu anlayışı müxtəlif tərəfdən dəyişmək cəhdlərinə rast gəlinir.