Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Musiqidə ekspresionizm
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Ekspressionizm fransız sözü olan “expressionnisme”dən götürülmüş, tərcümədə “ifadə” mənasını verir. XX əsrin əvvəllərində Avropa ədəbiyyatı və incəsənətində bədii cərəyandır. Xırda burjua təbəqələrinin insan həyatını və onun mənəvi aləmini eybəcərləşdirən ictimai ədalətsizliyə, müharibəyə qarşı anarxist-fərdiyyətçi etirazının ifadəsi kimi meydana gəlmiş, Birinci Dünya müharibəsindən sonra Almaniya və Avstriyada xüsusilə geniş yayılmışdı. Subyektiv idealizmə əsaslanan ekspressionizm nümayəndələri sənətkarın fərdi aləminin ifadəsini obyektiv varlığın real təsvirinə qarşı qoyurdular. Bu isə xarici aləmin, obrazların təhrif olunmasına, bədii forma eybəcərliyinə gətirib çıxarırdı. Poeziyada ekspressionizm (İ. Bexer, F. Varfel) mücərrəd obrazlar, sözlərin bəzən mənaca mahiyyətini itirməsi, dilin ifadəliliyinə həddindən artıq aludəçiliklə xarakterizə olunur. Nəsrdə (məs. Frans Kafkanın roman və hekayələri) əsasən ağlasığmaz təsvirlər, məntiqi əlaqəsi olmayan, yuxunu xatırladan hadisələrin təsviri əsas yer tutur. Cərəyan məşhur dramaturqlar V. Hazenklever, G. Kayzer, K. Şternheym, E. Toller və b.-nın yaradıcılığına böyük təsir göstərmişdir. Müxtəlif musiqişunaslar ekspressionizmi son dövr Maler simfoniyası, erkən dövr Bartekin yaradıcılığı, Ştrausun bəzi işlərini ekspressionizm kimi təsvir etmişdilər. Hər şeydən əvvəl bu termin Arnold Şönberqin başçılıq etdiyi Yeni Vyana Məktəbinin bəstəkarlarına aid edilir. Maraqlıdır ki, 1911-ci ildən A.Şönberq ekspressionist “Siniy Vsodnik” qrupunun ideoloqu V. Kondinski ilə yazışırdı. Onlar yalnız məktublaşmırdılar həm də müxtəlif şəkil və məqalələrlə bölüşürdülər. Hər iki ustadı mədəniyyətin sözlərlə ifadə edilə bilinməyəcək obyektiv zərurətdən gəlməsi anlamı birləşdirir. Ekspressionizm musiqidə dünya müharibəsi reallıqları ilə yüksək mənəvi istəklərin toqquşmasının nəticəsində yaranan dünyaya faciəvi baxışı təcəssüm etdirirdi. Onun təsiri zəmanənin böyük bəstəkarı olan K. Penderenskinin yaradıcılığında hiss olunur.
Musiqidə ekspressionizm cərəyanının nümayəndələri: Bella Bartok (1881-1945) – Macar bəstəkarı, pianisti, musiqişunas və folklorşünasıdır. Dahi bəstəkar, pianoçu və Macarıstan, Rumıniya, Slovakiya, Serbiya, Bolqarıstan, Ukrayna, Xorvatiya, Türkiya və ərəb ölkələri folklorunun ən tanınmış araşdırıcısıdır (3 marka və bir blok). Onun musiqi yaradıcılığı folklorun ən əski və dərin qatlarından qidalanan qeyri-adi melodika və ritmlə seçilir. Bela Bartokun bir sıra əsərləri, o cümlədə «9 sehrli maral» kantatasının klavirı (blok) və «Göysaqqallı hersoq» operası macar markalarında öz əksini tapmışlar. «Ağacdan düzəldilmiş şahzadə» baletindən səhnə isə Monqolustan miniatüründə öz əksini tapıb. Alban Berq (1885-1935) – Avstriya bəstəkarıdır. Musiqidə ekspressionizm və Yeni Vyana Məktəbinin tanınmış nümayəndəsidir. 1904-1910-cu ilə kimi A.Şönberqdən dərs alıb. A. Berqə dünya şöhrəti gətirən “Voççek” operası olub. Bu operanı o, bir neçə il ərzində yazmış və 1922-ci ildə tamamlayıb. Opera sonralar bir neçə dilə tərcümə olunub. Anton Veberin (1883-1945) - Avstriya bəstəkarı, Teni Vyana Məktəbinin nümayəndələrindən biridir. 1904-1908-ci illərə kimi A. Şönberqdən dərs alıb, bu onun bir şəxsiyyət və musiqiçi kimi yetişməsinə kömək edib. A. Şönberqin sinfində A. Berq ilə tanış olur və onun ən yaxın dostu olur. A. Şönberqin davamçısıdır. Öz əsərlərində Dadakafoniya və Seriya texnikasından istifadə edib. Vebern yaradıcılığı müharibədən sonrakı avanqard musiqiçilərə öz böyük təsirini göstərmişdir. Viktor Ulman (1898-1944) – Yəhudi mənşəli Avstriya bəstəkarıdır. A.Şömberqin tələbəsi – Yozef Polnauredan musiqi dərsləri alıb, Şönberq ailəsi ilə yaxın olub. Onun musiqisinə A. Şönberq və A.Berqin təsiri olmuşdur. 1935-ci ildən sonra özünü ifadəli şəkildə espressionist fikirlərini yazıb, ümumiyyətlə 40-dan çox işi var. Arnold Frans Valter Şönberq (1874-1951) - Avstriyalı və amerikalı bəstəkar, pedaqoq, musiqişünas, dirijor. Musiqidəki ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi, dodekafoniya (12 tonluq) və seriyalı texnika kimi musiqi texnikalarının müəllifidir. Arnold Şönberq 13 sentyabr 1874-cü ildə Vyanada dünyaya gəlib. 8 yaşında skripkada çalmağı öyrənəndən sonra musiqi bəstələməyə başlayıb. Musiqi sahəsindəki nəzəri biliklərinin əksəriyyətinə heç kimin köməkliyi olmadan təkbaşına yiyələnib. 1894-cü ildə özündən 3 yaş böyük bəstəkar Aleksandr fon Semlinskidən kontrapunkt dərsləri alıb. 1901-1903-cü illərdə Berlində orkestr drijoru işləyib. 1904-cü ildən də Vyanada müəllimlik etməyə başlayıb. Anton Vebern, Alban Berq onun tələbələri olublar. 1919-cu ildə yeni-yeni musiqi yaratmaq üçün ətrafına musiqiçiləri toplayıb. Onların konsertləri tənqidçilər tərəfindən ciddi tənqidlətə tuş gəlib. Bu konsertlərdə əl çalmaq və onları yayımlamaq qadağan edilib. 1925-ci ildə Şönberq pedaqoji fəaliyyətini davam etdirmək üçün Berlinə qayıdıb. Yəhudi olduğu üçün 1933-cü ildə faşistlərin təqibi ilə üzləşib. 1898-ci ildə xristianlığı qəbul etməsinə baxmayaraq yəhudi kimi Parisə sürgün edilib. Bundan sonra yenidən yəhudiliyə qayıdıb. 1934-cü ildə ABŞ-a köçüb və soyadını Şönberqdən Şöenberqə dəyişib. 13 iyul 1951-ci ildə Los-Ancelesdə vəfat edib. Şönberq demək olar ki, musiqinin bütün növlərinə müraciət etmişdir (kantata, ballada, pyes, kvartet, kvintet, serenada, suita, satira, variasiya, konsert və s.). Rixard Ştraus (1864-1949)- Romantizmin sonlarımnda olan Alman bəstəkarı, Alman espressionizminin, simfonizminin görkəmli nümayəndəsidir. Xüsusi ilə onun simfonik poema və operaları məşhurdur, tanınmış drijordur. 15 opera, 2 balet, 10 simfonik poema muəllifidir. Əsərlərində antik ədəbiyyata müraciət etmişdir. Xans Eysler (1898-1962) – Alman ekspressionist bəstəkar və ictimai xadim, Alman İncəsənət Akademiyasının üzvü, Alman Demokratik Respublikası himnin müəllifidir. Əsərləri opera “İohannest Faust” (1953), Kiçik simfoniya (1932), solist və xorun iştirakı ilə 10 hissəli Alman simfoniyası (1937), simfonik suita (1933), fortepiano və skripka üçün sonata, kavartet. Beləliklə, eskpressionizm musiqidə Yeni Vyana Məktəbinin bəstəkarlarının, hər şeydən əvvəl onun yaradıcısı Arnold Şömberq və onun tələbələri Alban Berq, Anton Vebern yaradıcılığında ən yüksək zirvəyə çatmışdır.