Muskovit

Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn

Muskovit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
KAl₂(Si₃Al)O₁₀(OH)₂
Strunz təsnifatı VIII/E.05a[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdəÇar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır.

Növ müxtəliflikləri

[redaktə | mənbəni redaktə et]

fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 %  MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b.

Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır.[2]

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir. Muskovitin incəpulcuqlu növ müxtəlifliyi – serisit hidrotermal filiz yataqlarının adi mineralı olub, ətraf süxurların plagioklazlarının hidrotermal dəyişilmə məhsulu kimi geniş yayılmışdır. Muskovit həmçinin qreyzenlərdə, aşınma qabıqlarında, metamorfizmin bütün pillələrinin metamorfik əmələgəlmələrində və çökmə süxurlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, ortoklaz, almandin, stavrolit, disten, turmalin və b. Mineralın tapıldığı yerlər: Benqal və Mədrəs rayonları (Hindistan); Nyu-Hempşir və Şimali Karolina (ABŞ); Ontario vilayəti (Kanada); Mam rayonu, Kola yarımadası (Rusiya) və b. Azərbaycanda muskovit, xüsusilə serisit, intruziv süxurlardan əlavə, metasomatitlərdə (listvenitlərdə, törəmə kvarsitlərdə, filizətrafı-dəyişilmiş qumlu-gilli süxurlarda), kolçedan, mis-molibden, qızıl filizi yataqlarında (Çıraqdərə-Toğanalı və Tutqun filiz sahələrində, Gədəbəy, Bittibulaq, Nəsirvaz, Ağdərə, Paraqaçay, Filizçay, Katsdaq yataqlarında, Qovurmadərə təzahüründə və b.) tez-tez müşahidə olunur.

Elektrotexnika sənayesində, odadavamlı tikinti materiallarının istehsalında, kağız, toxuculuq, rezin, keramika sənayesində və bir çox başqa sahələrdə geniş istifadə edilir.

  1. Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
  2. "Minerals Colored by Metal Ions". minerals.gps.caltech.edu. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]