Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mustafa Seyid Sutüvən(1908–1969) — Türkiyə şairi.
Mustafa Seyid Sutüvən | |
---|---|
Doğum tarixi | 1908 |
Vəfat tarixi | 1969 |
Fəaliyyəti | şair |
Şeirləri "Yücəl", "Sərvəti-fünun", "Oyanış", "Yedditəpə", "Yeni səs", "Türk dili", "Yeni insan", "Yurd və dünya", "Varlıq" kimi dərgilərdə çap olunur. Əruz vəznilə əski tərzdə qəzəl və məsnəvilər də yazır, həcvlər də… Bir ara Nazim Hikmət şeirinə heyran olur və sərbəst şeirə keçir. Yəhya Kamal və Yaqub Qədrinin başlatdığı neo-yunan cərəyanından da təsirlənir və bu təsirlə Qərb qaynaqlarına yönəlir. Yunan və Roma tarixini, Ege tarixini, əski yunan mifologiyasını oxuyur. Əski yunan mifologiyasında Qazdağından (İda) tanrıların dağı kimi bəhs edilir. Mustafa Seyid tanrıların dağı İdanı (Qazdağı) bizim tariximiz baxımından tədqiq edir və onun şeirini bu tarixi mövqedən yazır. Onun məşhur "Sutüvən" şeirinin yazılma tarixçəsi belədir: 1934-cü ildə Atatürk Ədrəmiti ziyarət edəcəkdi. Kaymakam Midhət Kamal bəy Mustafa Seyiddən Qazdağındakı Sutüvən şəlaləsi üçün bir şeir yazmasını, bunu bir daşın üzərinə həkk edərək Atatürk gəlmədən suyun başına qoyacağını deyir. Şair özünün məşhur "Sutüvən" şeirini yazır. Əruz vəznilə yazdığı bu şeir Yəhya Kamalın neo-yunan tərzində yazdığı "Sicilya qızları", "Biblos qadınları" kimi şeirlərindən təsirlər daşıyır. Şair heç bir cərəyana tamamən qoşulmur. Şeirləri öncələri açıq və şəffafdır, daha sonra düşüncənin dərinliklərindən səslənməyə başlayır. Heca vəznində sabit deyildir. Bəzən əruzu və sərbəst vəzni də sınayır. Dilin oturmuş qanunlarına və qrammatik qaydalarına zidd hərəkətləri də müşahidə edilir. Qoşma janrına önəm verir. Ümumiyyətlə, yaşadığı bölgənin, Ədrəmitin tarixi və təbii özəlliklərini şeirləşdirir. "Sutüvən" şeirində Sutüvən şəlaləsini, "Şıpşıp" şeirində Şıpşıp Dədə adlı məsirə yerini, "Qazdağı" şeirində Qazdağını və Sarıqız əfsanəsini şeirləşdirir. Neo-yunan cərəyanına bağlı şeirlər yazmağa davam edir. Şeirlərində tarixi mahiyyətli mədəni ünsürlər üstünlük təşkil edir. Əski Anadolu mədəniyyətlərinə yönəlir. Bundan başqa, türk xalq ədəbiyyatından və folklorundan da faydalanmağı unutmur. Ancaq həm klassik şeiri, həm də xalq şeirini tənqid edir. Şeirləri sağlığında kitab şəklində çap edilməmişdir. Sonralar Behçət Nəcatigil və Zahir Güvəmli tərəfindən Mustafa Seyid Sutüven, Bütün Şiirleri adı ilə nəşr olunur.