Mustafa ağa Şəkibəyov

Yaqublu Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov

Tarix[redaktə | mənbəni redaktə et]

Çar Rusiyasının 1873-cü il əhalinin kameral siyahıya almasına görə Qazaxın Ayrım kəndində Yaqublu nəslindən olan ağaların da adları qeyd olunmuşdur. Bunlardan biri Yaqub ağa Mustafa ağa oğlu və onun ailə üzvləridir.

1886-cı il əhalinin kameral siyahıya almasına əsasən isə Yaqub ağanın və ailəsinin artıq Gədəbəy rayonunun Yaqublu və Qaramurad kəndində məskunlaşdığı görünür. Yaqub ağanın ailə tərkibində onun oğulları Şamil ağa- 17 yaş, Mustafa ağa-7 yaş, Qəşəm ağa-2 yaş olduğu qeyd olunmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yaqublu nəslinin görkəmli nümayəndələrindən biri Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov tarixi sənədlərə əsasən 1870-ci ildə Gədəbəy rayonunda doğulmuşdur. Bəy nəslindən olan Mustafa ağa Şəkibəyov zəngin mülkədar olmuş, ömrünü milli hökumətin dəstəklənməsinə, erməni daşnakları və Qırmızı Orduya qarşı mübarizəyə həsr etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Mustafa ağa Şəkibəyov Gədəbəyin Şəkərbəy kəndinin ağası olub. O, Məcid ağa Şəkibəyovun atası Məmməd ağanın və Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyovun əmisi nəvəsidir. Erməni-müsəlman savaşında və antisovet qaçaq hərəkatında iştirak edib.

Əsgər ağa Məşədi Sadıx ağa oğlu Şəkibəyov, Məcid ağa Məmməd ağa oğlu Şəkibəyov, Mustafa ağa Yaqub ağa oğlu Şəkibəyov, Niftalı ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl ağa Əsgər ağa oğlu Sadıxov, Cəbrayıl və Kərəm Söyün oğulları, Məşədi Mehralı, Qara Musa, Axund Zeynal, Abram Kandaurov, Miskinlidən Abuzər Axundov, Salman İmanquliyev, Alnavatdan Əsgər Qara oğlu, İlyas Əliyev, Arıqırandan İsmayıl Məmmədov və digərləri ermənilərə və yeni quruluşun haqsızlıqlarına qarşı Attıxdərə, Daryurd, Kiçik Qaramurad, Çətindərə, Şahtalası, 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizənin, 1920-ci ilin dekabrında və 1921-ci ilin yanvarında Xınnada baş verən silahlı üsyanların təşkilatçısı və iştirakçısı olmuşlar. "Yaqublu" silahlı dəstəsi adlanan dəstə əsasən Şəkibəyovlardan ibarət olmuşdur. Yeni quruluşa tabe olmadıqlarından hamısının adı yaşadıqları kənddə "qara siyahı"ya salınmış, səsvermə hüququndan məhrum edilmişdilər. Özlərini də NKVD və QPU-nun əməkdaşları gecə-gündüz axtarırdılar.

Mustafa ağa Şəkibəyov 1929-cu ilin dekabr ayının 27-də Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Gəncə dairəsi tərəfindən həb edilib. 1930-cu il iyul ayının 7-də "silahlı üsyan" və "Banditizm"də təqsirli bilinərək güllələnməyə məhkum edilmiş, həmin il avqustun 30-da hökm icra olunmuşdur.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Mustafa ağa Şəkibəyov 1930-cu ildə həbs edilərkən ailə tərkibi aşağıdakı kimi olmuşdur:

Həyat yoldaşı- Güllü , 40 yaşında

oğlu – Sultan, 25 yaşında

oğlu – Yaqub, 12 yaşında

qızı — Bahar, 7 yaşında

qızı — Zeynəb, 5 yaşında