Mustafa xan Şiftə

Mustafa xan Şiftə (1809 - 1869)—Urdu ədəbiyatının tanınmış şairi.

Mustafa xan Şiftə
Təxəllüsü شیفتہ
Doğum tarixi
Doğum yeri Dehli, Hindistan
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Dehli, Hindistan
Fəaliyyəti şair, tənqidçi

Nəvab Mustafa xan, əslən Bengaş tayfasına mənsup bir patandır. Babası Vəli Dad xan, II Şah Aləm (1754-1806)in səltənəti sırasında Kuhata bağlı Bangaşadan Dehliyə gəlmişdir. Bir tayfa rəisi olan atası Nəvab Mustafa xan, Şərqi Hindistan Şirkəti gücləriylə savaş halındəkı Raca Sindhianın ordusunda yüksək bir vəzifədəydi. Sindhianın məğlubiyyətə uğradılmasından sonra, Lord Lakenin səflərinə keçən Mustafa xan, savaşan güclər arasında barış və anlayışın təmin edilməsindəki xidmətlərindən dolayı Şərqi Hindistan Şirkəti tərəfindən Hodəl və Palval cagiri[1] ilə mükafatlandırıldı. 1813-cü ildə böyük oğlu Nəvab Mustafa xan Şiftə üçün Cahangirabad cagirini də aldı. Güclü bir olasılıkla Nəvab Mustafa xan 1817-ci ildə Dehlidə öldü.

Nəvab Məhəmməd Mustafa xan Şiftə, 1809-cu ildə Dehlidə dünyaya gəldi [2]. İlk təhsilini o zamanın adətlərinə uyğun olaraq evində aldı. Mianci Malamal, Mövlanə Haci Məhəmməd Nur Dəhləvi, Mövləvi Kərəmullah Dəhləvi, Şeyx Abdullah Sirac Hənəfi və Şeyx Məhəmməd Abid Sindhi, qaynaqlarda müəllimləri arasında zikr edilir. Dini və ruhani olaraq da Şah Məhəmməd İshaq Nəqşibəndiyə intisablıdır. Eyni zamanda at və silah işlətmə ilə də yaxşı bir təlim almışdı.

19-20 yaşlarında, yəni 1828-1829-cu illərdə Şiftə Ramcu adında və eyni zamanda şeir yazan və şeirlərində “Nəzakət” təxəllüsünü işlədən bir tavaifə aşiq oldu [3].. Bu eşq 1838-ci ildə acı bir şəkildə sona yetdi. Mart 1839-cu ildə babası və nənəsi ilə birlikdə həccə getdi. 1841-ci ildə iki il altı günlük bir müddətdən sonra Dehliyə geri döndü. Həcc dönüşündən sonra 1843-cü il və ardından 1850-1851-ci illərdə iki dəfə evləndi. 1857-ci ildə müstəqillik savaşına qatıldı. Savaşdan sonra milliətçilərin məğlubiyyətə uğradılmasını təqibən Şiftə suçlu hesab edildi və maaşı durdurularaq cagiri əlindən alındı. Ayrıca yeddi il həbsə məhkum edildi. Sonrakı illərdə başvurusu üzərinə həbs cəzası qaldırılaraq cagiri özünə qaytarıldı. Sərbəst buraxılmasından sonra həyatının böyük bir qismini Cahangirabadda keçirdi və Dehliyə çox seyrək olaraq getdi. Həyatının sonlarına doğru şəkər və xərçəng xəstəliklərinə yaxalandı [4].. 11 iyul 1869-cu ildə vəfat edərək Dehlidəki ailə məzarlığına dəfn edildi. Alim, təsəvvüf əhli, din adamı, şair, yazıçı və məqam sahibi bir çox dostu vardı.

  • Hakim Əbül-Kāsım Mir Kudrətullah Kāsım, Məcmua-i Naġz (nşr. Mahmud Şirvani), Lahor, 1933, II, 229-254;
  • M. Mustafa Xan Şiftə, Gülşən-i Biħar (nşr. Kəlbəli xan Faik), Lahor, 1973, s. 570-595.
  1. Dövlətə gəlir gətirmək üçün xizmət qarşılığında müxtəlif şəxslərin idarəsinə verilən torpaqlar üçün işlənilən Farsca bir termindir. Cagirin verildiyi şəxsə “cagidar” deyilirdi. Cagidarlar adamları vasitəsiylə cagirlərindən vergi toplamağa cavabdeh idilər. Bax. Y. Hikmet Bayur, Hindistan Tarihi, I-III, Ankara, 1987, I, 339, II, 439.
  2. Dr. Əli Səfdər Cəfəri, Nəvab Muhammed Mustafa xan Şiftə -Təhqiqi aur tənqidi mütəla‘a-, Lahor, 1999, s. 11.
  3. Dr. Əli Səfdər Cəfəri, Nəvab Muhammed Mustafa xan Şiftə -Təhqiqi aur tənqidi mütəla‘a-, Lahor, 1999, s. 103.
  4. Dr. Əli Səfdər Cəfəri, Nəvab Muhammed Mustafa xan Şiftə -Təhqiqi aur tənqidi mütəla‘a-, Lahor, 1999, s. 301.