Mutallib Abdulla oğlu İrani (13 avqust 1926, Təbriz – 1 yanvar 1982, Bakı) — Tibb elmləri doktoru, professor. 1944-cü ildə İran Həmkarlar təşkilatına daxil olmuşdur.
Mutallib İrani | |
---|---|
Mutallib Abdulla oğlu İrani | |
Doğum tarixi | 13 avqust 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 1 yanvar 1982 (55 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Raya İrani |
Atası | Abdulla |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Elmi-Tədqiqat Kardiologoya İnstitu |
Təhsili | |
Mühüm layihələri | 1 monoqrafiya və 38 elmi əsərin müəllifidir. |
Üzvlüyü | İran Xalq Partiyası |
13 avqust 1926-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərindən 60 km. məsafədə yerləşən Şəbüstəridə kəndli ailəsində doğulmuşdur. Mutallib İrani 4 yanvar 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]
1931-ci ildə Gülşənroz kənd səkkizillik məktəbinə daxil olmuş və 1939-cu ildə təhsilini başa vuraraq Təbrizə getmiş , oradakı Razi adına orta məktəbdə təhsilini davam etdirmişdir. 1942-ci ildə natamam orta təhsilini başa vuran. M. İrani elə həmin il Təbrizdəki Firdövsi adına tam orta məktəbdə təhsilini davam etdirmişdir. Uşaqlıqdan həkim olmaq arzusunu reallaşdırmaq istəyən Mütəllib 1945-ci ildə Bakı şəhərinə gələrək. Azərbaycan Dövlət Tibb İnstitunun (indi Azərbaycan Tibb Universiteti adlanır) "Müalicə" fakültəsinə daxil olmuş və 1950-ci ildə həmin institutu bitirmişdir.
Azərbaycanlı kardioloq, tibb elmləri doktoru, akademik Cahangir Abdullayevin təkidi ilə M. İrani 1950-ci ildə Azərbaycan Tibb İnstitutunun II Hospital terapiya kafedrasının ordinaturasına qəbul edilmişdir. Elmi fəaliyyətini davam etdirən doktor İrani tezliklə İttifaq miqyasında tanınan kardiloqlardan birinə çevrilir. Azərbaycanda və SSRİ-də dərc olunan tibbi jurnallarda elmi məqalələrlə çıxış etməklə bərabər, doktorluq dissertasiyasını da hazırlayır. 19 oktyabr 1964-cü ildə "Xəstələrdə təzə miokard infarkt və tac damarının xroniki çatışmazlığı ilə əlaqədar antikoaqulyantların (dikumarin və pelentan) uzunmüddətli və fasiləli tətbiqi zamanı qanın laxtalanan və laxtalanmayan komponentləri sisteminin dəyişilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, 36 yaşında "Tibb elmləri doktoru" adını alır.[2] M. İrani Elmi-Tədqiqat Kardiologoya İnstitunun yaradıldığı ilk gündən ömrünün sonuna qədər orada çalışmışdır. Mütəlib İrani 1 monoqrafiya və 38 elmi əsərin müəllifidir. Kardiologiya üzrə miokard infarktı və xroniki koronar çatışmazlığın antikoaqulyant müalicəsi (dikumarin, pelentan) hiper-, hipo, normotoniklərdə mövsümi dəyişiliklər mövzuları ilə bağlı araşdırmalar aparmış, miokard infarktı olan və stenokardiyalı xəstələrin antikoaqulyant-larla müalicəsi ilə məşğul olmuşdur. Alimin "Miokard infarktıvə stenokardiyası olan xəstələrdə antikoaqulyant müalicəsi" monoqrafiyası (1968-ci il) kardiloqlara ürək patologiyasında antikoaqulyantların düzgün seçilməsi, dozalanması və işlədilməsinə istiqamət vermişdir.[3]