Mutasiya (Genetik alqoritm)

Genetik alqoritmlərdə istifadə edilən və bir haldan başqa hala keçmək mənasını verən mutasiya qısaca bir geni meydana gətirən xromosomların dəyişməsidir. Bu dəyişmə aşağıdakı şəkillərdən biri ola bilər:

  • Tərsləmə (Inversion)
  • Yerləşdirmə (Insertion)
  • Çıxarma (Displacement)
  • Yer dəyişdirmə (Reciprocal Exchange, Swap)

Yuxarıdakı bu mutasiyaları aşağıdakı nümunələr ilə izah edək:

  • Tərsləmə, seçilən bir xromosomun dəyərinin tərsinə çevirilməsidir.
  • Məsələn: 110101 -> 100101 nümunəsindəki ikinci xromosomun tərsi alınmışdır.
  • Yerləşdirmə əməliyyatı, gen düzülməsinə yeni bir xromosom əlavə olunması şəklində olar.
  • Məsələn : 110101 -> 1100101 düzülmənin 3. xromosom əlavə olunmuşdur.
  • Çıxarma əməliyyatı isə düzülmədən bir xromosomun azaldılması ilə reallaşar.
  • Məsələn 110101 -> 10101 düzülmədəki 2. xromosom çıxarılmışdır.
  • Yer dəyişdirmə əməliyyatında da mövcud xromosomlardan birinin sıradakı yerinin dəyişməsidir.
  • Məsələn 110101 -> 100111 düzülmədəki ikinci xromosom ilə 5. xromosom yer dəyişdirmişdir.