Mutasiya maşını (İnformatika)

Mutasiya maşını (ing.mutation engine, ru. мутационная машина) - polimorf kompüter viruslarının yazılmasında istifadə olunan xüsusi proqram. Belə viruslar öz strukturlarını dəyişə bilirlər ki, bu da onların antivirus proqramları tərəfindən aşkarlanmasını və yox edilməsini çətinləşdirir. Ən tanınmış mutasiya maşınları Dark Avenger Mutation Engine və Trident Polimorphic Engine’dir.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.