Muxtar Aslanov

Muxtar Mahmud oğlu Məlik-Aslanov (az. Muxtar Mahmud oğlu Məlik-Aslanov; 27 yanvar 1927, Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ20 sentyabr 1996, Bakı, Azərbaycan Respublikası) — avtomatlaşdırma sahəsində Azərbaycanlı sovet alimi, Azərbaycan Energetika Nazirliyi sədri, SSRİ Dövlət Mükafatı laureatı.[1][2][3]

Muxtar Aslanov
Muxtar Mahmud oğlu Məlik-Aslanov
Doğum tarixi 27 yanvar 1927(1927-01-27)
Doğum yeri Tuğ, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 sentyabr 1996(1996-09-20) (69 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Dəfn yeri
Həyat yoldaşı Solmaz xanım
Uşaqları Rüfət, Afaq, Gülnarə
Atası Mahmud
Anası Aftab xanım
Elmi dərəcəsi
Mükafatları SSRİ Dövlət mükafatı Azərbaycan SSR əməkdar mühəndisi

Muxtar 1927-ci il yanvarın 27-də Tuğ kəndində anadan olmuşdur. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.

30-cu illərin repressiyaları zamanı ailəni respublikanın cəza orqanlarının diqqətindən bir növ qorumaq üçün atası Mahmud Məlik-Aslanov "Aslanov" soyadını götürməyə qərara gəlir.

1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

1949-cu ildə təhsilini bitirən Muxtar neft mədənlərində texnik, mühəndis, baş mühəndis, idarə rəisi vəzifələrində işləyib, həmçinin Sumqayıt və Bakının neft-kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.

  • 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasını (1959) bitirmişdir.
  • 1955-ci ildə Sovet İttifaqı Kommunist Partiyası İttifaqında hakim partiyaya üzv olub.
  • 1958-ci ildə Sumqayıtda təşkil olunmuş "Neft Kimya-avtomat" Eİİ-də aparıcı mühəndis, laboratoriya rəhbəri və şöbə müdiri vəzifələrində çalışıb.
  • 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun texniki elmlər namizədi elmi dərəcəsini alır və baş elmi işçi adına layiq görülüb.[4]
  • 1959-cu illərin sonlarında Neft mədənlərinin avtomatlaşdırılması üçün sistemlərin və alətlər kompleksinin yaradılması və tətbiqi sahəsində, "Nefteximavtomat" Elmi-Tədqiqat Layihə İnstitutunda (Bakı) yerlərdə mütəxəssis işləmiş, burada neft sənayesində avtomatlaşdırma və hesablama texnikası kompleksinin tətbiqi üzrə məsul şöbə müdiri olmuşdur.
  • 1969-cu ildə Sovet İttifaqının neft mədənlərində geniş miqyasda avtomatik və telemexaniki qurğuların yaranması, istehsalı və tətbiqi sahəsindəki böyük xidmətlərinə görə Muxtar SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülüb.[2]
  • 1974-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.[4][5]
  • Həmçinin 40 elmi əsərin və 10 ixtiranın müəllifidir, bəzi ixtiraları xarici ölkələrdə patentləşdirilmişdir.[1]
  • 14 aprel 1992 – 09 sentyabr 1992 Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin (indiki Azərbaycan Respublikası Energetika Nazirliyi) sədri vəzifəsində çalışıb.[3]

Sovet ittifaqı komunist partiyası mərkəzi komitəsi və SSRİ Nazirlər Sovetininnin 6 noyabr 1969-cu il tarixli qərarı ilə SSRİ Dövlət Mükafatı verildi.

"Azərneft" və "Azərdəniz" neft birliklərində fəaliyyətinə görə Azərbaycan SSR Əməkdar Mühəndisi, Əməkdar Neftçi fəxri adlarına layiq görülmüşdür.

  1. 1 2 "Avtomatlaşdırma sahəsində Azərbaycanlı Sovet Alimi – Aslanov Muxtar". Ensiklopediya.gov.az. 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  2. 1 2 "Aslanov, Muxtar Mahmud oğlu – Avtomatlaşdırma sahəsində azərbaycanlı sovet alimi". Unionpedia.org. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  3. 1 2 "M.M. Aslanovun Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin sədri". e-qanun.az. 2024-01-23 tarixində arxivləşdirilib.
  4. 1 2 "Texnika elmləri namizədi – Alimlik dərəcəsi". redday.ru. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  5. "Aslanov Muxtar Mahmud oğlu 1927 – alim (E.BSE-70)". Geno.ru (rus). Beynəlxalq Genealogiya Tədqiqatları İnstitutu. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  • Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin "Elm və texnika sahəsində SSRİ Dövlət Mükafatlarının verilməsi haqqında" qərarı. "Pravda" qəzeti, 7 noyabr 1968–1975
  • Azərbaycan Respublikası Dövlət Tarix Arxivi. F.24. Op.1. D.142.
  • E.E. İsmaylov. Məlik-Aslanovların şəcərəsinə aydınlıq gətirilməsi, Azərbaycan Tarixi Şəcərə Cəmiyyətinin Xəbərləri, Üçüncü Buraxılış. Bakı, "Adiloğlu" nəşriyyatı, 2001, səh: 168 ISBN 9952-25-001-0