My Last Breath (Ceyms Nyuman mahnısı)

My Last Breath (tərcümə:Mənim son nəfəsim)-Ceyms Nyumenin mahnısı.Fevral ayında Nyumenin 2020 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı bu mahnı ilə təmsil edəcəyi açıqlandı.Mahnının sözləri Adam Erql və Ayein Ceymsə,musiqisi isə Nyumenə məxsusdur.Mahnı ilk gündən dinləyicilər tərəfindən maraqla qarşılansa da,tənqidçilər tərəfindən qarışıq cavablar alıb.Bəziləri mahnının 20-liyə belə çıxmayacağını deyərkən,bəziləri öz içlərində qaliblərini seçiblər.

Mahnının yaranması[redaktə | mənbəni redaktə et]

Yanvar ayları Nyumen BBC Radiodakı müsahibəsində demişdi ki,Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmək üçün namizədliyini irəli sürəcək.Fevralın ayında nəfəskəsən musiqi yarışması başladı və tez də bitdi.Nyumen birbaşa Avroviziya finalına vəsiqə qazandı.O,"Kiçik uşaq olduğumdan həmişə özüm sənətkar və ifaçı olmaq istədim.Təmsil etmək üçün doğru vaxtın olduğunu hiss edirəm" deyə qalib Nyumen qalib olandan sonra ilk müsahibəsini verdi.

Nyumen müsahibəsində mahnının yanvar ayında,soyuq bir bağçada yarandığını qeyd edib.Adam Erql və Ayein Ceymslə birlikdə soyuğun nəfəs kəsdiyini biliblər və ilhamlanıb belə mahnı yazıblar.Mahnının klipi fevral ayında çəkilmişdir.Klip soyuq bir yerdə,dənizdə həyatda qalmağa çalışan bir adam barədə çəkilən sənədli filmdən götürülüb.Klipdə Buz adam kimi tanınan Vim Hof da var.

Ayein Ceyms təkcə,bu mahnının sözlərinin yox,2011 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycana birincilik gətirən Running Scared mahnısının da müəllifi olub.Bu da çox maraqlı məlumatdır.

Bildiyiniz kimi,bu mahnı 16 may 2020-ci ildə Nyumen tərəfindən oxunulacaq.Görəsən,Azərbaycana birincilik gətirən Ayein Ceyms Böyük Britaniyaya uğur qazandıracaqmı?