My Old Kentucky Home

Musiqi notları, 10-cu nəşr, 1892(?)

"My Old Kentucky Home, Good-Night!" (Azərbaycan dilində, Mənim köhnə Kentukki evim, gecən xeyrə!) Stefan Foster tərəfindən təxminən 1852-ci ildə bəstələnmiş sentimental minstrel mahnıdır.[1] O, 1853-cü ilin yanvarında Nyu-Yorkun Firth, Pond & Company adlı amerikan musiqi şirkəti tərəfindən dərc edilib.[1][2] Foster, güman edilir ki, Harriyet Biçerin Tom dayının daxması romanından ilhamlanıb, buna sübut olaraq Fosterin eskiz dəftərindəki "Yazıq Tom dayı, gecən xeyrə!" adlı eskizi göstərmək olar. Bəziləri iddia etmişdi ki, Foster 1850-ci illərdə Bardstovn,Kentukkidəki ziyarət etdiyi Federal Hill adlı əkin sahəsindən ilhamlanıb.[3][4] Lakin, bu ziyarətə dair birbaşa və ya çağdaş bir dəlil ortaya çıxmadı və bu iddia Vilyam Ostin, Ken Emerson və Con Tasker Hovard da daxil olmaqla ən məşhur Foster alimləri tərəfindən etiraz edildi.

Mahnının şərhləri çox müxtəlifdir. Fosterin əksər alimləri, mahnının "Oh Susanna" və "De Camptown Races" kimi əvvəlki ədəbsiz komik minstrel mahnılarından fərqli olaraq sentimental minstrel mahnısı olduğu ilə razılaşırlar. Frederik Duqlas 1855-ci ildə yazdığı "Əsarətim və Azadlığım" adlı tərcümeyi-halında mahnının "köləyə qarşı simpatiya oyandırdığını və beləliklə köləlik əleyhinə prinsiplərin kök saldığı, böyüdüyü və çiçəkləndiyini" yazdı.[5][6] Lakin, mahnının qaraüzlü minstrel şovlara daxil olması şöhrətinə böyük ölçüdə mənfi təsir göstərdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]


Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Richard Jackson. Stephen Foster song book: original sheet music of 40 songs. Courier Dover Press. 1974. səh. 177.
  2. "My Old Kentucky Home, Good Night!". 2008. January 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 1, 2016.
  3. "My Old Kentucky Home State Park » The History of My Old Kentucky Home". visitmyoldkyhome.com. March 31, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2015.
  4. "My Old Kentucky Home: A Song with a Checkered Past". wnyc. August 1, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2017.
  5. PressRoom. "American Experience on KET profiles "My Old Kentucky Home" author, Stephen Foster". KET. aprel 9, 2001. may 27, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: iyul 11, 2011.
  6. Douglass, Frederick. My Bondage and My Freedom: Part I- Life as a Slave, Part II- Life as a Freeman, with an introduction by James M'Cune Smith. New York and Auburn: Miller, Orton & Mulligan (1855); ed. John Stauffer, Random House (2003) ISBN 0-8129-7031-4.