Myammi (Fin dilində: Mämmi, İsveç dilində: Memma)- Finlərdə Pasxa bayramı münasibətilə bişirilən ənənəvi yemək
Myammi arpa unundan, duz və şəkər tozundan istifadə olunmaqla hazırlanır. Yemək adətən, sobada aşağı temperaturda bir neçə saat ərzində bişirilir. Myammi adətən, soyuq halda, üzərinə şəkər tozu əlavə edilməklə yeyilir.
Mənbələrə görə hələ qədim İranda Myamminin hazırlanma texnologiyası məlum idi.[1]. Finlandiyada isə Myammi XVIII əsrin əvvəllərindən məlumdur. İlk vaxtlar myamminin hazırlanması Finlandiyanın cənub-qərb bölgələrini əhatə etmiş, oradan isə ölkənin bütün regionlarına yayılmışdır.[2] Myammi yeməklərin əksəriyyətinin xüsusi sobalarda hazırlandığı Kareliya Respublikasında da geniş yayılmışdır.