Myortvı Don

Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir[1]. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir[2]. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir.

Myortvı Dones
rus. Мёртвый Донец
Ölkə  Rusiya
Mənsəbi Taqanroq körfəzi
Uzunluğu 36 km
DSR[ru] 05010500912007000000026

Axınını[redaktə | mənbəni redaktə et]

Donun hövzəsi

Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir. Donski Çulek axarı Myortvı Donesin sağ qolunu təşkil edir. Bütün axarı boyunca Rostov-na-Donu — Taqanroq dəmiryolu boyunca axır. Donski Çulek xutoru yaxınlığında Taqanroq körkəzinə tökülür[3].

Çay inzibati baxımından Rostov vilayətinin Myasnikovski və Neklinovski rayonları, həmcinin Rostov-na-Donu şəhər dairəsi ərazisindən axır.

Su rejimi[redaktə | mənbəni redaktə et]

Myortvı Dones həcmli axara malik deyildir. Qış ayları donur. Ancaq qışı mülayim keçən illərdə donmaya bilər.

Adının mənası[redaktə | mənbəni redaktə et]

Axarın sahilində qədim yunan koloniyası Tanais yerləşirdi. Sonradan şəhərin dəfələrdə basqına məruz qalması və əhalisinin tamamən öldürülməsi ilə çay bu hadisə ilə əlaqədar bu cür adlandırılmışdır.

Hövzəsi[redaktə | mənbəni redaktə et]

  • Myortvı Dones
    • Suxoy Çaltır — (sağ)
      • Kalmıskaya axarı — (sol)
    • Mokrı Çaltır — (sağ)
      • Vtoraya axarı — (sol)
      • Pervaya axarı — (sol)
      • Banta-Bur — (sağ)
      • Xavalı — (sol)
    • Lyotik — (sağ)
    • Kamennaya axarı — (sağ)
    • Donskaya Çulek — (sağ)

Yaşayış məntəqələri[redaktə | mənbəni redaktə et]

  • Rostov-na-Donu şəhəri.
  • Kalinin xutoru.
  • Xaprın xutoru.
  • Nedviqovka xutoru.
  • Sinyavski kəndi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Мёртвый Донец
  2. "Рукав Мёртвый Донец — данные государственного водного реестра". 2016-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  3. Карта Мясниковского района и сёл Чалтырь и Крым, 11 ВКЧ, Ростов-на-Дону, 2010 год