Nübar Həkimova — Azərbaycan yazıçı-publisisti[1], biologiya üzrə fəlsəfə doktoru.
Nübar Həkimova | |
---|---|
Nübar Mürsəl qızı Həkimova | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahələri | Kimya, Biologiya, Folklorşünaslıq |
Elmi dərəcəsi | Biologiya üzrə fəlsəfə doktoru |
Elmi adı | Böyük elmi işçi |
İş yeri | AMEA Müasir Folklor İnstitutu |
Təhsili | N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Elmi rəhbəri | Biologiya üzrə elmlər doktoru Ədalət Fərəcov |
Mükafatları | "Qızıl Qələm" mükafatı |
Nübar Mürsəl qızı Həkimova 7 oktyabr 1972-ci ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhər 254 saylı Ümumtəhsil orta məktəbini bitirib. 1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini biologiya ixtisası üzrə bitirib. 2008-ci Azərbaycan Milli Elmlər Akademiyası A.İ.Qarayev adına Fiziologiya İnsititunda namizədlik disertasiyası müdafiə edərək fiziologiya elmləri naməzdi elmi dərəcəsi alıb.
2012-ci ildən AMEA Folklor İnstitunun doktorantıdır.
Filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun qızıdır.
2009-cu ilin bələdiyyə seçkilərində Nərimanov bələdiyyəsi üzrə namizəd kimi iştirak etmişdir[2].