Nüsrətəddin Xassbəy

Nüsrətəddin Xassbəy Arslan Abe (?—1174) — Ağsonquri hökmdarı [1133/34—1174], Marağa hakimi Ağsonqurun oğlu. 1161/62 ildə Şəmsəddin Eldənizin vassalı kimi onun Gürcüstana hərbi səfərində iştirak etmişdi. Eldəgəzlərin tabeliyindən qurtarmaq maqsədi ilə Nüsrətəddin Xassbəy mərkəzi hakimiyyətə qarşı çıxan feodal hakimləri müdafiə edir və atabəyi olduqu Səlcuq şahzadəsi Mahmudun sultan elan olunmasına çalışırdı. Məhz buna görə də Marağaya hücuma keçən Eldəgəzlər Nüsrətəddin Xassbəyi hakimiyyətdən uzaqlaşdırıb, yerinə oğlu Əlaəddin Körpə Arslanı təyin etdilər.[1]

Nüsrətəddin Xassbəy

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ASE, Vİİ cild, səh. 313