Nüzhə

Nüzhə (ənnüzhət)Səfiəddin Urməvinin icad etdiyi simli musiqi alət. Müəllifin öz deməsinə görə, səntur, qanunçəngin birləşməsindən əmələ gəlib.

Nüzhə

"Nüzhə", "ənnüzhət" sözləri ərəbcə "əyləncə", "könül oxşama" deməkdir [1]. Bu da alətin səs tembri ilə bağlıdır.

Orta əsrlərdə geniş yayılan bu alət təqribən XVI əsrdən sonra unudulmağa başlayıb. Arxivlərdə aparılan araşdırmalar sonucunda aləti bərpası mümkün olub.

Quruluşca səntura bənzəyir və səntur kimi xromatikdir. Uzun dördbucaqlı şəklindədir, 81 simi vardır. Bu simlərdən hər üçünün eyni ucalıqda (unison) köklənmiş olduğunu nəzərə alsaq, nüzhə musiqi alətində 27 müxtəlif səs əldə edildiyi məlum olar.[2]

  1. "Türk Dil Kurumu. Büyük Türkçe Sözlük - Nüzhet". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.
  2. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Nüzhə". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]