Nəbi Zeynalov

Nəbi Surxay oğlu Zeynalov (1 fevral 1975, Daşkənd, Vardenis rayonu31 iyul 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycan ordusunun əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.

Nəbi Zeynalov
Nəbi Surхay оğlu Zеynalоv
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1975(1975-02-01)
Doğum yeri
Vəfat tarixi 31 iyul 1993(1993-07-31) (18 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Rütbəsi əsgər

Nəbi Zeynalov 1 fevral 1975-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur.[1] 1982-ci ildə Daşkənd kənd orta məktəbinin I sinfinə getmişdir. 1992-ci ildə Quşçu kənd orta məktəbini bitirmişdir.

1988-ci ildə ermənilərin məkirli siyasəti nəticəsində doğma yurdundan ailəsi ilə birlikdə indiki Göygöl rayonunun Quşçu kəndində məskunlaşmışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Nəbi Zeynalov 1993-cü ildə Xanlar (indiki Göygöl) rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1993-cü il iyul ayının 31-də Ağdərə bölgəsində gedən döyüş əməliyyatı zamanı şəhid olmuşdur.

Məzarı Göygöl rayonunun Quşçu kəndindədir[2].

1996-cı ildən Göygöl rayonunun Quşçu Kənd Folklor Evi şəhid Nəbi Zeynalovun adını daşıyır.[3]

  1. Nəbi Zeynalov // Azərbaycan Respublikası Xatirə Kitabı (20 cilddə).
  2. Ayyıldız Tim & Siber Savaş Ordusu
  3. Yaquboğlu, Araz. Daşkənddən Yeni Daşkəndə (PDF) (az.). Bakı: Elm və təhsil. 2023. səh. 262. ISBN 978-9952-568-22-6.